14 August 2026

Rusiya Qara dənizdə atəşkəs təklifini qəbul etməyib

Rusiya Qara dənizdə atəşkəslə bağlı çağırışı rədd edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bəyanat verib.

O, “Ukraynanı Qara dənizdə terrorçuluq hərəkətləri törətməkdə” ittiham edib.

Zaxarovanın sözlərinə görə, rəsmi Moskva bu hücumları Qara dəniz regionunda mülki naviqasiyanın məqsədyönlü pozulması siyasəti hesab edir.

Bu siyasət Azərbaycanı vətəndaş müharibəsinə sürükləyir

İllərdir alışdırılan dini müstəvidə ziddiyyətlər bu gün kluminasiya həddinə yüksəlib. Dünənə qədər İslam dininə qarşı səfərbər olanlar bu gün Quranı yandırmaq, Allahı təhqir etmək, Peyğəmbəri (s) aşağılamaqdan çəkinmirlər. Sosial mediada açıq hədyan çıxışlar qarşı tərəfin səbr kasasını doldurmaqla yanaşı hakimiyyətin buna seyirçi olmasından yaranan mənzərə onları geri dönüşü olmayan vəziyyətə çəkməkdədir.

İranın icazəsi olmadan heç bir gəmi Hörmüz boğazından keçə bilməz

Xatəm əl-Ənbiya (s) Mərkəzi Qərargahının sözçüsü: ABŞ-nin gəmilərin Hörmüz boğazından normal şəkildə keçib-getməsi ilə bağlı əsassız iddiaları həmin ölkənin aciz və çıxılmaz vəziyyətdə olduğunu göstərir. İranın icazəsi və nəzarəti olmadan heç bir gəminin Hörmüz boğazından təhlükəsiz keçməsi mümkün deyil.

Qarabağın növbəti qələbəsi – Elvinin “Qədir Xum” mesajı

Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda tutan gərgin görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı parlaq qələbəsi ilə yekunlaşıb. İlk oyundakı nəticəni nəzərə alaraq, ümumi hesabda rəqibini 2:1 üstələyən “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb.

Qarşılaşmada qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub.

Süleymançılar təriqətinə qarşı əməliyyat keçirilib

Ankarada mərkəzləşdirilmiş genişmiqyaslı əməliyyat, Süleymançılar təriqətinin lideri Alihan Kuriş də daxil olmaqla 33 nəfərin saxlanılmasını ön plana çıxardı. Bəs kim saxlanılıb və "təşkilat yaratmaq" iddiaları nə deməkdir? Ankara Baş Prokurorluğunun Süleymançılara qarşı apardığı və "Alihan Kurişin rəhbərlik etdiyi mənfəət əldə etmək üçün cinayətkar təşkilat" kimi müəyyən etdiyi istintaq çərçivəsində 17 əyalətdə eyni vaxtda əməliyyatlar həyata keçirilib. Dini icmanın lideri Alihan Kuriş də daxil olmaqla 33 şübhəlinin saxlanıldığı bildirilib.

Konfrans Liqasının III təsnifat mərhələsi yekunlaşıb

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

Sonuncu oyun günündə 25 qarşılaşma baş tutub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Rakuv" səfərdə "Hammarbü" ilə qarşılaşıb.

Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Oyunun taleyini bir qol həll edib. Polşa təmsilçisi qələbəyə sevinib.

UEFA Konfrans Liqası

Məkkədə oxlar qərbə deyil, şimala yönəldi: Səudiyyə Ərəbistanının İrana qarşı ittifaq layihəsi

 

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müqavilə daxili ictimaiyyətə "İsrail əleyhinə blok" kimi təqdim olunsa da, beynəlxalq təhlillər və İsrail mətbuatı müqavilənin əsl hədəfinin İran və Müqavimət Oxları olduğunu vurğulayır.

Yəmən Aramco neft emalı zavoduna hücum etdi

Yəmən Silahlı Qüvvələri cümə axşamı bir daha Aramco neft obyektlərini pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə aldı.

Yəmənli bir hərbi mənbə ölkənin silahlı qüvvələrinin Cizan bölgəsindəki Aramco neft emalı zavodunu hədəf aldığını açıqladı.

Mənbə əməliyyatın iki PUA ilə həyata keçirildiyini bildirdi və PUA-ların hədəfləri dəqiq vurduğunu vurğuladı.

Nəcəfdə Hz.Peyğəmbərin (s) əza məclisinə 5 milyon zəvvar gəldi

Nəcəfdə İslam Peyğəmbəri həzrəti Muhəmməd peyğəmbərin (s) vəfatının və İmam Həsənin (ə) şəhadətinin ildönümü ilə bağlı keçirilən anım mərasimlərinə 5 milyon ziyarətçinin qatıldığını açıqlayıb.

Bu barədə İmam Əli (ə) Ziyarətgahının rəsmisi Heydər Rəhim məlumat yayıb.

Rəhim bildirib ki, 300 əza moukəbi 500 xidmət moukəbi ilə birlikdə fəaliyyət göstərib, 2 500 könüllü tədbirlərdə iştirak edib.

Azərbaycan maliyyə şəffaflığı üçün minimum tələblərə cavab verir - ABŞ

ABŞ Dövlət Departamenti 2026-cı il üçün Maliyyə Şəffaflığı Hesabatını açıqlayıb.

Hesabatda Azərbaycanın dövlət maliyyəsi şəffaflığı üçün minimum tələblərə cavab verdiyi müəyyən edilib. Hesabatda 139 ölkə, eləcə də Fələstin Muxtariyyəti araşdırılıb. Azərbaycandan əlavə, 2026-cı ildə minimum tələblərə cavab verən ölkələrin siyahısına İsrail, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və digərləri daxildir.

Hörmüz boğazında ADNOC-un iki gəmisi hücuma məruz qalıb

Hörmüz boğazında ADNOC-un iki gəmisi hücuma məruz qalıb

Abu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus iki gəmi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.

Bu barədə BƏƏ-nin "WAM" agentliyi ADNOC-un açıqlamasına istinadən məlumat yayıb.

Şirkətin məlumatına görə, hadisə avqustun 13-də axşam saatlarında baş verib. Hücum nəticəsində xəsarət alan olmayıb.

Seyfəddin Şirvanov aclıq aksiyasına başlayıb

Siyasi məhbus Seyfəddin Şirvanov aclıq aksiyasına başlayıb. Bu barədə məhbusun ailəsi məlumat verib.

İnanclı Seyfəddin Şirvanov uzun illərdir 15 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayır. O, ciddi hipertoniyadan, zob xəstəliyindən və başında dözülməz ağrılara səbəb olan şişdən əziyyət çəkir. Həbsdə olduğu müddətdə açıq infarkt keçirən Seyfəddinin ürəyinə stent qoyulub.