13 August 2026

Siyasi fəal: “Emin Ağalarov və “Sea Breeze” haqda TikTok-da çıxışlarıma görə həbs olunmuşam”

Siyasi fəal Rahim Musa iyulun 15-də saxlanılıb. Ona qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürülüb və məhkəmə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bu barədə “Abzas Media”ya danışan Rahim Musa ittihamı qəbul etmir. O, həbsini TikTok-dakı siyasi çıxışları, xüsusilə Prezident İlham Əliyevin keçmiş kürəkəni, biznesmen Emin Ağalarov və onun “Sea Breeze” layihəsi ilə bağlı tənqidi paylaşımları ilə əlaqələndirir.

Beyrut “Hizbullah”ın tərksilahına nəzarət üçün xarici hərbçilərin Livana göndərilməsinə razılıq verildiyini təkzib edib

Rəsmi Beyrut “Hizbullah”ın tərksilah edilməsinə nəzarət etmək üçün bir sıra ölkələrin Livana hərbi kontingent göndərməsinə razılıq verildiyi ilə bağlı xəbərləri təkzib edib.

“Reuters“ə danışan anonim Livan rəsmisinin sözlərinə görə, İsraillə danışıqlarda belə bir məsələ ilə bağlı razılıq əldə olunmayıb və bu mövzuda ABŞ-la danışıqlar gedir.

Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib

Husilər Yəməndə hökumət qüvvələrinə növbəti dəfə hücum həyata keçirib.

“Al Arabiyya” telekanalının verdiyi məlumata görə, ölkənin Hadramut bölgəsində yerləşən əl-Abr qəsəbəsinə dron hücumu olub.

Nəticədə hökumətə bağlı qüvvələrdən iki nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, Yəmənin paytaxtı Səna şəhərinə nəzarət edən husilər hökumət qüvvələrini Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqda ittiham edir.

“Ombudsmana yazılmış ərizələr tikanlı məftillərdən kənara çıxarılmır”

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşları Ramil Babayev və Əli Zeynal Ombudsman Aparatını həbsxanalarda operativ nəzarəti təmin etməməkdə ittiham ediblər.

Onlar Ombudsman Səbinə Əliyevaya ünvanladıqları müraciətdə bu iddiaları əsaslandıraraq quruma bir neçə tələb irəli sürüblər.

Müraciətdə deyilir:

Putin Avropanı qisasla hədələyir: Gəmilər müsadirə edilə bilər

Vladimir Putin Moskvanın "kölgə donanması"nın bir hissəsi olduğu düşünülən Rusiya gəmilərinin dayandırılması və ələ keçirilməsinə görə qisas olaraq Avropa ölkələrinə məxsus gəmiləri ələ keçirməklə hədələyib.

Bəzi Avropa şirkətləri Rusiyanın əhəmiyyətli neft gəlir mənbəyini hədəf alan Avropa sanksiyalarının pozulmasını əsas gətirərək Rusiya nefti daşıyan gəmiləri ələ keçiriblər.

1993: Türkiyənin “Qaranlıq Dosyesi” niyə yenidən açılmalıdır?

Bir ölkənin gələcəyini qorumağın yolu keçmişin qaranlığını unutmaq deyil, həmin qaranlığa işıq salmaqdır. Türkiyənin yaxın tarixində müəyyən illər var ki, zaman keçsə də, suallar cavabsız qalır. 1993-cü il bunların ön sırasındadır.

Çünki 1993-cü ildə Türkiyə bu gün də müzakirə olunan bir sıra ağır hadisələr yaşadı.

Avropa İttifaqı Gürcüstanla bağlı sərt hesabat yayımlayıb

Gürcüstanda 2025-ci ildə repressiv tədbirlər və qanunlar nəticəsində insan hüquqları ciddi şəkildə məhdudlaşdırılıb. Bu barədə Avropa İttifaqının insan hüquqları və demokratiya ilə bağlı illik hesabatında qeyd olunub.

Hesabata görə, həyata keçirilən tədbirlər bərabərlik və ayrı-seçkiliyin qadağan olunması, ifadə, toplaşma və birləşmək azadlığı, eləcə də şəxsi və ailə həyatına, azadlıq və təhlükəsizliyə dair fundamental hüquqları pozub.

ABŞ: İraqdan geri çəkilmə prossesi 30 sentyabr tarixinə qədər başa çatacaq

Çərşənbə axşamı ABŞ-ın yüksək vəzifəli rəsmisi bildirib ki, İraq silahlı və təhlükəsizlik qüvvələri terror təşkilatları ilə mübarizə məsuliyyətini öz üzərinə götürüb.

Missiyasının tamamlandığı qənaətində olan ABŞ mediası çərşənbə axşamı ABŞ hərbi elementlərinin İraqdan geri çəkilməsinin sentyabr ayının sonuna qədər başa çatacağını bildirib.

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

UEFA Superkubokunun qalibi müəyyənləşib.

Fransanın PSJ və İngiltərənin “Aston Villa” komandalarını üz-üzə gətirən görüş Avstriyanın Zalsburq şəhərindəki “Red Bull Arena”da təşkil olunub.

Somalidən olan FIFA referisi Ömər Artanın idarə etdiyi qarşılaşma Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa çempionunun heyətində qolları Xviça Kvaratsxeliya və Dezire Due vurublar. İngiltərə klubundan isə Brayan Madjo fərqlənib.