19 June 2026
İdmançımız qızıl medal qazandı
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən nüfuzlu "Böyük Dəbilqə" turniri Azərbaycan üçün uğurla başlayıb.
60 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Balabəy Ağayev bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib çıxıb.
Cüdoçumuz həlledici final görüşündə əsl əzmkarlıq nümayiş etdirib. O, yaponiyalı dünya çempionu Ryuju Naqayamanı məğlubiyyətə uğradaraq turnirin qalibi adını qazanıb.
Avropa Parlamenti Gürcüstan hakimiyyətilə bağlı sərt hesabat qəbul edib, sanksiyalara çağırıb
Avropa Parlamenti hakim “Gürcü arzusu” partiyasını Gürcüstanın Avropa İttifaqına inteqrasiya kursunu “faktiki olaraq geri çevirməkdə” tənqid edən sərt hesabat qəbul edib. Sənəddə ölkənin hakim və hökumətyönlü çevrələrinə qarşı hədəfli sanksiyaların tətbiqi çağırışı yer alıb.
Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var
Rusiya ordusu Qara dənizdə iki xarici mülki gəmiyə hücum edib, bir dənizçi ölüb, daha 5 nəfər yaralanıb.
“Unian“ xəbər verir ki, bu barədə Odessa regional hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib.
Onun sözlərinə görə, dünən axşam Rusiya PUA-ları Panama Və Sent-Kits və Nevis bayraqları altında limanlardan çıxan iki xarici mülki gəmiyə hücum edib.
Katz Suriyanın "Hizbullah"la mübarizəsindən danışıb: Colani İsrailin işinə qarışmamalıdır
İsrail Qəzzada, Livanda və Suriyada yaratdığı təhlükəsizlik zonalarından çıxmayacaq. Bu barədə İsrailin müdafiə naziri İsrael Katz yerli televiziyaya müsahibəsində bildirib.
“Heç kim bizə nə edəcəyimizi deyə bilməz”, - Katz İsrail ordusunun Livanı tərk etməsi ilə bağlı çağırışlara münasibət bildirərkən deyib.
Katz ABŞ Prezidenti Donald Trampın “Qoy “Hizbullah”la Suriya ordusu məşğul olsun” fikirlərinə də münasibət bildirib.
2026/Məhərrəm söhbətləri - 4. İlahiyyatçı Kövsər Nağıyevanın təqdimatında - VİDEO
“ABŞ tarixində belə biabırçılıq olmayıb”
Sürixdə yaşayan azərbaycanlı jurnalist ABŞ-la İran arasında imzalanan memorandumun Donald Trampın uğuru kimi təqdim edilməsinin həqiqəti əks etdirmədiyini bildirib. Onun fikrincə, sənəd daha çox İranın maraqlarına xidmət edir və Vaşinqtonun əsas tələblərini təmin etmir.
Jurnalist Elbəy Həsənli sosial şəbəkə hesabında qeyd edib ki, Tramp əldə olunan razılaşmanı növbəti dəfə “qələbə” kimi təqdim etsə də, sənədin məzmunu fərqli mənzərə ortaya qoyur.
Azərbaycana turist axını azalır: Milyonlarla manatlıq təşviqat niyə nəticə vermir?
2026-cı ilin ilk dörd ayında Azərbaycana gələn xarici turistlərin sayı azalıb. Rəsmi statistikaya görə, yanvar-aprel aylarında ölkəyə 658,5 min turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalma deməkdir.
Turistlərin 26,7 faizi Rusiyadan, 22,4 faizi Türkiyədən, 8,7 faizi İrandan, 5,3 faizi isə Gürcüstandan gəlib.
Ən böyük azalma Körfəz ölkələrindən gələn turistlərin sayında qeydə alınıb. Bu istiqamətdə geriləmə 27,8 faiz təşkil edib.
İsrailli nazirindən yeni müharibə ssenarisi
İsrail Diaspora Naziri Amichai Çikli ölkəsinin "gec-tez Suriya ilə müharibəyə girəcəyini" iddia edərək əlavə edib ki, "Türkiyə və Suriya İrandan daha çox narahatedicidirlər".
O, İsrail ordusu radiosunda yayımlanan bir proqramda cari hadisələrə toxundu.
22 ildə ilk: İzmir Böyükşəhər Bələdiyyəsinin meri Cəmil Tuqay CHP-dən istefa verdi
22 ildən sonra ilk dəfə olaraq CHP üzvü olmayan bir böyükşəhər meri İzmirdə xidmət edəcək. Keçmiş sədr Kamal Kılıçdaroğlunu əsas müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrliyinə gətirən mübahisəli "mütləq boşluq" qərarından və İzmir Vilayət sədri Çağatay Güç də daxil olmaqla müxtəlif vəzifəli şəxslərin boşluq administrasiyası tərəfindən vəzifəsindən kənarlaşdırılmasından sonra İzmir Böyükşəhər Bələdiyyəsinin meri Cəmil Tuqay partiyadan istefa verdiyini açıqladı.
DÇ 2026: İsveçrə Bosniya və Herseqovinanı darmadağın etdi
Futbol üzrə dünya birinciliyinin B qrupunda II turun növbəti qarşılaşması baş tutub. Los-Ancelesdəki arenada keçirilən oyunda İsveçrə və Bosniya və Herseqovina yığmaları üz-üzə gəlib. Matç isveçrəli futbolçuların 4:1 hesablı böyük qələbəsi ilə yekunlaşıb.
Ermənistanda MSK müxalif namizədlərin həbsinə razılıq verib
Ermənistan Mərkəzi Seçki Komissiyası ölkənin sabiq prezidenti, "Ermənistan" alyansının lideri Robert Koçaryana qarşı ittiham irəli sürülməsinə rəsmi razılıq verib.
“Azadlıq Radiosu”nun Ermənistan xidmətinin verdiyi məlumata görə, qərar "Ermənistan" alyansının üzvləri Asatur Koçaryan və Ruslan Barseqyan, eləcə də "Güclü Ermənistan" blokunun üzvləri David Kazinyan və Aşot Yeqiazaryana da aiddir.
Seyyid Şəhadət | Quranda 3- əshab və ən üstün əshab | 18.06.2026 - VİDEO
"Reuters": İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub
ABŞ və İran arasında bu gün İsveçrədə keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq.
"Reuters" xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd edək ki, bu açıqlama ABŞ vitse-prezidenti JD Vensin Tehran və Vaşinqton arasında müharibəyə son qoymaq üçün əldə edilən razılaşmanın həyata keçirilməsi ilə bağlı danışıqlara başlamaq üçün cümə günü İsveçrədə planlaşdırılan səfərinin təxirə salınmasından sonra verilib.
Atəşkəsdən sonra İsrailin Livana hücumları nəticəsində şəhid və yaralananlar var
Livanın cənub bölgələrində işğalçı İsrailin həyata keçirdiyi hücumlar nəticəsində azı iki nəfərin şəhid olduğu, bir neçə nəfərin isə yaralandığı bildirilir.
Məlumata görə, pilotsuz uçuş aparatı tərəfindən Nəbatiyyə bölgəsinin Kfartəbnit–Ərnun dairəsi yaxınlığında hərəkətdə olan avtomobilə endirilən zərbə nəticəsində bir nəfər şəhid olub, daha bir nəfər yaralanıb.













