Tramp: İsrailin Livana hücumunu dayandırdım, İranla dialoqa açığam
ABŞ Prezidenti Tehranın vasitəçilik danışıqlarına son qoyduğunu elan etməsindən qaynaqlanan gərginliyi azaltmaq üşün addım atdığını deyib. Truth Social-da ayrıca bir paylaşımda o, İranla danışıqların "sürətli templə" davam etdiyini söyləyib.
Regional gərginliklər fonunda, bazar ertəsi günü İsrail Baş naziri Binyamin Netanyahu və Hizbullahla görüşdükdən sonra ABŞ Prezidenti Donald Tramp heç bir İsrail əsgərinin "Beyruta daxil olmayacağını və artıq yolda olan qoşunların geri qaytarıldığını" bildirib.













