25 March 2026

İraqda xəstəxanaya zərbə endirilib

İraqın Müdafiə Nazirliyi ölkənin qərbində yerləşən Ənbar vilayətində hərbi hospitalın aviazərbəyə məruz qaldığını açıqlayıb.

Hücum nəticəsində 7 hərbçi həyatını itirib, daha 13 nəfər isə yaralanıb.

Nazirlik hadisə ilə bağlı əlavə detallar paylaşmayıb. Zərbənin kim tərəfindən həyata keçirildiyini açıqlamayıb.

Xatırladaq ki, ABŞ-İsrail İraq ərazisinə də zərbələr endirir.

Orban: Rusiya neftini alanadək Macarıstan Ukraynaya qaz tədarükünü dayandırır

“Drujba” neft kəməri üzrə Rusiya neftinin nəqli bərpa olunana qədər Ukraynaya qaz tədarükü dayandırılacaq.

Bu bəyanatı Macarıstanın Baş naziri Viktor Orban verib.

Əvvəlki açıqlamalarında Orban Kiyevdən neft kəmərini açmağı tələb etmişdi.

Qeyd olunur ki, ötən il Ukraynanın idxal etdiyi qazın təxminən 46%-i Macarıstan vasitəsilə tədarük olunub.

Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Bakıda sökülmüş evə görə Azərbaycan hökumətini 130 min avrodan çox məbləğdə cərimələyib. 

Məhkəmə martın 24-də bu barədə qərar qəbul edib. 

İş üzrə ərizəçilər Səbail rayonunun sakinləri - Zaur Məmmədov və anası Yelena Məmmədova olub. Məmmədovlar 2016-cı ildə Səbail Rayon İcra Hakimiyyətinin qərarı ilə yaşadıqları binanın sökülməsindən şikayətçi olublar. 

İran–Amerika və İsrail arasında müharibə: gözləntilər və nəticələr. 1-ci hissə

Dünyanın diqqət mərkəzində olan İran, İsrail və Amerika arasında başlanan müharibə gözlənildiyindən daha geniş miqyasda və daha amansız şəkildə davam edir. Müttəfiqlərin iddia etdiyi kimi müharibə nə üç günə yekunlaşdı, nə də dini liderin şəhid edilməsi ilə sistem dəyişdi. Əksinə, İranın müharibəni bütün Yaxın Şərqə yayacağı barədə iddiaları, Amerikanın bölgədəki hərbi bazaları və İsrailin raket hücumları reallığa çevrildi. Bu gün analitiklər “molla rejiminin” belə bir hərbi güc nümayiş etdirməsini heyrətlə izlədiklərini gizlətmirlər.  

Müstəntiq daha bir inanclının zənglərini bloklayıb

Saxlanılan andan ailəsi ilə yalnız bir dəfə telefon əlaqəsi quran inanclının vəziyyətindən ailəsi narahatdır. Məmmədov İsmayıl Qoşqar oğlu martın 2 – də saxlanılıb və bu zaman o, zaman dəhşətli işgəncələrə məruz qalıb. Bu barədə İsmayılın ailəsi xəbər verib. Narkotiklərlə bağlı ittiham olunan inanclı martın 3-də məhkəmə önünə çıxarılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Azərbaycan taekvondoçuları Belçikada keçirilən beynəlxalq turnirdə 6 medal qazanıblar

Azərbaycan taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilən "Belgian Open" beynəlxalq turnirində 6 medal qazanıblar.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Yarışın ilk günündə gənc taekvondoçularımız 1 qızıl və 4 bürünc medal qazanıblar.

"Hizbullah" İsrail ordusunun obyektlərinə zərbələr endirib

Livan "Hizbullah"ı İsrail Müdafiə Ordusunun 5 obyektinə zərbələr endirib.

Bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, qruplaşmanın hücum hədəfləri İsrail qoşunlarının cəmləşdiyi yerlər, radiolokasiya stansiyası və artilleriya mövqeləri olub.

Xüsusən də, Livanın cənubunda İsrail hərbçiləri raket atəşinə məruz qalıblar.

İran Yaxın Şərq dövlətlərini ABŞ və İsrailsiz ittifaqa çağırdı

İran regionda təhlükəsizliyi təmin etmək və hərbi əməkdaşlığı inkişaf etdirmək üçün ABŞ və İsrailin iştirakı olmadan dövlətlər ittifaqı yaratmağa ehtiyac duyduğunu və buna hazır olduğunu bəyan edib.

Bu açıqlama ilə İran Silahlı Qüvvələrinin Baş Qərargahı çıxış edib: "ABŞ və İsrailin iştirakı olmadan regionda təhlükəsizlik və hərbi əməkdaşlığı təmin etmək üçün dövlətlər ittifaqı yaratmağın vaxtı gəlib çatıb".

TKP Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib

Türkiyə Kommunist Partiyasının (TKP) Ankara Vilayət Təşkilatı xarici işlər naziri Hakan Fidanın Ər-Riyadda imzaladığı və İranı ittiham edən birgə bəyanata etiraz edib. Nazirliyin qarşısında verilən açıqlamada bəyanatın İsrail və ABŞ-ın təcavüzünü haqlı çıxardığı və "Bu utanc sənədi qəbuledilməz olduğu" bildirilib.

Livanlı sünni alimləri İrana hücuma reaksiya veriblər

Livanlı sünni alimləri birliyə, müqavimətə dəstək olmağa çağırdılar və İrana hücumu qınayıblar.

Görüşdə iştirak edən alimlər İran İslam Respublikasının ABŞ və sionist qurumunun təcavüzünü dəf etmək, müqavimət göstərmək və qələbə qazanmaq üçün özünü münasib hesab etdiyi bütün vasitələrlə müdafiə etmək hüququnu vurğulayıblar.

Enerji böhranının kölgəsində geri çəkilmə: AB Rusiya neftinə qadağa qoymaq təklifini dayandırdı

Yaxın Şərqdəki müharibənin yaratdığı qiymət artımları səbəbindən Avropa Birliyi boyunca Rusiya neftinə daimi qadağa təklif edən qanun layihəsi təxirə salınıb.

Avropa Komissiyası enerji bazarlarında qarışıqlığın davam etməsi və Brent markalı xam neftin qiymətlərinin barel üçün 100 dollardan yuxarı olması səbəbindən səbirsizliklə gözlənilən bu qadağa təklifinin təqdimatını təxirə saldığını açıqladı.

İran hərbi rəsmisi: ABŞ özü-özü ilə danışıqlar aparır

Bunu İran Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığı “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü Ebrahim Zolfaqari söyləyib. Onun sözlərinə görə ABŞ özü-özü ilə danışıqlar aparır.

“İçinizdəki mübarizənin səviyyəsi artıq özü-özü ilə danışıqlar aparmaq səviyyəsinə çatıb”, - o qeyd edib.

Marneuli dini rəhbərləri mərhum Patriarxı II İliyanı yad edib və mitropolit Şioya baş sağlığı veriblər

Gürcüstanın Marneulidən olan müsəlman icmasının dini rəhbərləri bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn olunduğu Sioni kilsəsini ziyarət ediblər.

Onlar burada Katolikos-Patriarx II İliyanın məzarı üstünə əkil qoyub, dualar ediblər. Müsəlman icmasının dini liderlərini burada Patriarxın vəliəhdi, mitropolit Şio Mujiri qəbul edib.