Ayətullah Cavadi Amuli: Haqqla müxalifət edən hər kəs mütləq məğlub olacaq
Ayətullah Cavadi Amulinin həftəlik əxlaq dərsi çərşənbə günü səhər Qumdakı Böyük Məsciddə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların iştirakı ilə keçirilib.
Ayətullah Amuli bu dərsdə Əmir əl-Möminin Əlinin (ə) “Haqqla müxalifət edən həlak olacaq” kəlamını izah edərək aşağıdakıları vurğulayıb: “Haqq güclü, möhkəm və məğlubedilməz bir həqiqətdir və bütün varlıq nizamı həqiqətin lehinə şəhadət verir. Buna görə də, həqiqətə qarşı çıxan hər hansı bir fərd və ya cəmiyyət məhvə və məğlubiyyətə məhkumdur.













