Ötən ilin avqustunda dini şüarlar səsləndirərkən saxlanılan 6 inanclı qadın fəalın barəsindəki həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
"Abzas Media"nın xəbərinə görə, bu barədə istintaq orqanının təqdimatı əsasında Xəzər Rayon Məhkəməsində qərar verilib.
İstintaq orqanı təqdimatı fəalların evlərində aparılan axtarış zamanı müsadirə edilən “Kərbəla torpaqları"nın ekspertizaya göndərilməsi ilə əsaslandırıb. İddia olunur ki, həmin nümunələrdə narkotik vasitələrin olub-olmaması yoxlanılır.
İnanclı fəallar isə məhkəmədə bu iddiaya etiraz ediblər. Onlar narkotik vasitələri nəinki istifadə etmədiklərini, ümumiyyətlə görmədiklərini və “hətta rənglərini də bilmədiklərini” söyləyiblər.
"Biz 5 aydır həbs olunmuşuq. Bu müddət ərzində niyə ekspertiza keçirilməyib? Həbsimizi bu bəhanə ilə 2 ay da uzatdılar”, - qadınlardan biri deyib.
Təqsirləndirilən şəxslərdən Aytən İbrahimova 4 övladı olduğunu, ən kiçiyinin isə 2 yaşında olduğunu deyərək həbsin uzadılmasına etiraz edib:
“Uşaq çox ciddi psixoloji sarsıntı içindədir, anasız qala bilmir. Bizim həbsimizi uzatmaq uşaqlarımızı anasız qoymaqdır”, - o qeyd edib.
Digər təqsirləndirilən - Şərqiyyə Sadıqova isə 5 yaşlı övladının autizm spektr pozuntularından əziyyət çəkdiyini və ana himayəsinə ehtiyacı olduğunu bildirib:
“Uşaq bu il məktəbəqədər hazırlığa başlamalıdır, lakin hələ də danışa bilmir. Ölkədə bütün televiziya kanalları qadın və uşaq hüquqlarından danışdığı halda, bizim və uşaqlarımızın hüquqları açıq-aşkar şəkildə pozulur”, - o deyib.
Nigar Bağırova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova avqustun 15-də Binə qəsəbəsində İmam Hüseynin adına ehsan paylayıb Fələstin üçün şüarlar səsləndirərkən həbs olunublar.
Saxlanılan inanclı fəallar Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə təqsirləndirilirlər.
Özləri isə ittihamı rədd edirlər.
İnanclı qadın fəalların həbs müddəti uzadılıb