25 December 2025

Ayətullah Məkarim Şirazi: Süni intellektdən sui-istifadə tələbələrin bacarıqlarının azalmasına səbəb ola bilər

Ayətullah Məkarim Şirazi süni intellektdən sui-istifadənin tələbələrin bacarıqlarını zəiflədə biləcəyini bildirərək, təhsilin insani və dini dəyərlərlə yanaşı fərdi qabiliyyətlərin gücləndirilməsinə yönəlməli olduğunu vurğulayıb.

“Bu vasitələrdən (süni intellekt) sui-istifadə tələbələrin bacarıqlarının azalmasına səbəb ola bilər. İndi lazımi tədbirlər görülməlidir; tələbələr süni intellektdən asılı olmaq əvəzinə, öz bacarıqlarını inkişaf etdirməyə diqqət yetirməlidirlər.”

ABŞ Venesuela neftini ələ keçirərsə, Azərbaycan iqtisadiyyatını nə gözləyir?

ABŞ və Venesuela arasında siyasi böhran son günlərdə dərinləşməkdə davam edir.

ABŞ-nin Karib dənizinə 15,000 əsgər və bir sıra aviadaşıyıcı gəmilər səfərbər etdiyi bildirilir.

Pentaqon bunun Venesueladan ABŞ-yə fentanil və kokain qaçaqmalçılığının qarşısını almaq məqsədi güddüyünü deyir.

Milad ayinində siyasi təxribat: İraqdan İsrail ilə normallaşmanın tətbiqinə sərt reaksiya

Bağdadda sülh və birlik mesajları çatdıracağı gözlənilən Milad ayinində İraqın Xaldey Patriarxı Luis Rafael Sakonun İsrail ilə normallaşma çağırışı ilə siyasi təxribata çevrilib.

İsrailin Fələstində davam edən işğalı və hücumlarını görməzdən gələrək "normallaşma" diskursunun səsləndirilməsi təkcə mərasimin ruhuna deyil, həm də İraq xalqının tarixi və siyasi mövqeyinə açıq bir meydan oxuma hesab edilir.

Ötən ilin bu günü Azərbaycan səmasına sükut çökdü - Təyyarə faciəsinin ildönümüdür

Ötən ilin bu günü Azərbaycan səmalarında sükut çökdü... AZAL-ın faciə ilə nəticələnən uçuşu yalnız bir qəza deyil, 38 ailənin yarımçıq qalan hekayəsi idi. Bu gün onların xatirəsini ehtiramla anırıq. Onların hər biri göylərdə qalan bir xatirə, ürəklərdə sağalmayan bir izdir...

Bu gün AZAL aviasiya faciəsinin ildönümüdür. 

Afrika Millətlər Kuboku: Favoritlər turnirə qələbə ilə başladılar

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda daha 4 oyun keçirilib.

E qrupunda Əlcəzair millisi 3:0, Burkino Faso yığması Ekvatorial Qvineyaya 2:1 hesabı ilə qalib gəlib.

F qrupunda da favoritlər turnirə 3 xalla start veriblər. Kot d`İvuar seçməsi Mozambiki, Kamerun isə Qabonu bir cavabsız qolla məğlub edib.

Qeyd edək ki, Afrika Millətlər Kubokuna gələn il yanvarın 18-də yekun vurulacaq.

Vətəndaş cəmiyyəti üzvləri son amnistiya aktını "manipulyasiya" adlandırır

Müstəqil vətəndaş cəmiyyəti üzvləri dekabrın 15-də Azərbaycan prezidenti tərəfindən təşəbbüsü irəli sürülən, hazırda icra olunan amnistiya aktını "manipulyasiya" adlandırıb. 

Azərbaycandan xaricdə yaşayan 20-yə yaxın vətəndaş cəmiyyəti üzvü dekabrın 24-də verdikləri bəyanatda bildiriblər ki, amnistiya təşəbbüsü ictimaiyyətdə həm məhbus sıxlığının azalması, həm də siyasi məhbus kimi tanınan şəxslərin azad ediləcəyi ilə bağlı "ümidlərə rəvac verib"