24 December 2025

İsrail Müdafiə Naziri Qəzzada yaşayış məntəqələri tikmək planını geri götürdü

İsrail Müdafiə Naziri İsrael Katz Qəzzada yaşayış məntəqələri tikməyi təklif etsədə, lakin sonradan açıqlamasını geri götürüb. İsrail Müdafiə Naziri İsrael Katz çərşənbə axşamı İsrailin Qəzzada yaşayış məntəqələri tikəcəyi vədindən geri çəkilib. Katzın geri çəkilməsi, ABŞ-ın rəhbərlik etdiyi Qəzza sülh planına zidd olduğuna dair tənqidlər fonunda baş verib.

Azərbaycan və İran gömrükləri arasında sərhədində yük maşınlarının tıxacını azaltmaq üçün yeni razılaşmalar əldə olunub

İran və Azərbaycan Respublikası gömrükləri arasında Astara sərhədində yük maşınlarının tıxacını azaltmaq üçün yeni razılaşmalar əldə edilib. Bu razılaşmalar çərçivəsində yeni sərhəddən hər gün 120-140 soyuducu ixrac yük maşını çıxacaq və çıxan yük maşınlarının sayı gündə 350-370 ədədə qədər artacaq.

Hakimiyyətin qarşı-qarşıya qoyduğu üç məktəb: Milli, Dini və Demokratik institutlar III - sonuncu hissə

Milli dəyərlər də çox zaman həm dini dəyərlərlə qarşı-qarşıya qoyulmaqla, həm də demokratiya adı altında milliliyə zidd davranışların təşviqi səbəbindən bu iki cəbhə arasında sıxışdırılaraq növbəti parçalanma nümunəsinə çevrildi. Milli dəyərlərin qorunması adı ilə Qərbə yönəli siyasətin acı nəticələrinin qabardıldığı bu oyunda xalqın bu təbəqəsi də hakimiyyətin məharətlə qurduğu planın mahiyyətindən xəbərsiz şəkildə prosesin dərin böhran yaradan iştirakçısına çevrildi.

Samir Salam da azadlığa çıxanlar sırasındadır

Tanınmış məddah Samir Salam bu səhər cəza çəkdiyi 17 saylı müəssisədən azadlığa buraxılıb. Aministiya aktı çərçivəsində azadlıq əldə edən inanclı bir çox gözəl dini ilahilərin ifaçısıdır. Bir zamanlar “Əhli-beyt” ilahi nəğmələr qrupunun yaradıcısı və qrup rəhbəri olan məddah son illər fərdi fəaliyyət göstərərək din təbliği ilə məşğul olurdu.

Qənimət Zahid və Elşən Abdullayevə qiyabi hökm oxunub

Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Azadlıq" qəzetinin mühacirətdə olan baş redaktoru Qənimət Zahidin ittiham olunduğu cinayət işi üzrə son məhkəmə prosesi keçirilib.
Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Q.Zahidə qiyabi hökm oxunub. Hökmə əsasən, ona 7 il azadlıqdan məhrumetmə cəzası verilib.

Suriya Ələviləri vahid liderlik altında birləşirlər

Bəşər Əsəd hökumətinin devrilməsindən bir il sonra, dini hakimiyyət orqanları tərəfindən Suriyanın Ələvi bölgələrində keçirilən beş günlük ümumi tətil, Ələvilərin vahid liderlik altında birləşdiyinə və ekstremist elementlərin hücumlarının qarşısını dinc yolla almaq istədiklərinə dair bir mesaj göndərib.

Suriyanın Ələvilərin yaşadığı bölgələr iqtisadi böhranlar və Əl-Colani hökumətinə sadiq olan ekstremist elementlərin davamlı hücumları ilə əlamətdar olan qarışıq bir il yaşayıb.

Suriyadan geri çəkilməyəcəyik, Qəzzanın şimalında məskunlaşma qurulacaq

Katsdan sərt açıqlama: geri çəkilmə yoxdur

Sionist rejimin “təhlükəsizlik” naziri İsrael Kats çərşənbə axşamı verdiyi açıqlamada sionist rejimin Suriyadan “bir millimetr belə” geri çəkilməyəcəyini bildirib. O, eyni mövqenin Qəzzanın şimalına da aid olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, mövcud şərait İsrail üçün uzun müddətdir mövcud olmayan yeni imkanlar yaradıb və hökumət bu imkanlardan istifadə etməyə hazırdır.

İraq İran qazının tədarükünün tam dayandığını açıqladı

İran qazının tədarükü tam kəsildi

İraq Elektrik Nazirliyi ölkəyə İran qazının tədarükünün tamamilə dayandığını açıqlayıb. Nazirliyin məlumatına görə, bu vəziyyət elektrik enerjisi istehsalında 4000 - 4500 meqavat həcmində itkiyə səbəb olub və əhalinin elektriklə təminat saatlarına birbaşa təsir göstərib.

Bu gün İmam Hadinin (ə) şəhadəti günüdür

Bu gün onuncu İmam, Həzrət Əliyyən Nəqi Hadinin (ə) şəhadət günüdür.

Həzrət Əli ibni Muhəmməd (ə) 214-cü hicri ilində dünyaya gəlmiş və 254-cü ildə şəhid olmuşdur. O Həzrətin (ə) ləqəbi Hadi idi. Həzrət 233-cü ilə qədər Mədinədə yaşamışdır. Bu ildən sonra isə Samirra şəhərinə aparılmışdır. Ömrünün axırına qədər bu şəhərdə nəzarət altında yaşamışdır. İmam Hadinin (ə) imaməti də atası kimi uşaq yaşlarından başlamışdır. Əhli-Beyt (ə) cəmiyyəti daim Həzrətin (ə) xidmətində hazır idi.

“Fənərbaxça” öz meydanında “Beşiktaş”a məğlub oldu

Bu gün Türkiyə Kuboku çərçivəsində futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi İstanbul derbisi keçirilib.

Turnirin növbəti mərhələsində “Fənərbaxça” doğma meydanda əzəli rəqibi “Beşiktaş”ı qəbul edib.

Gərgin keçən matçda azarkeşlər 3 qola şahidlik ediblər. Oyun "qara qartallar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub

Ankaradan Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün şəxslərin həlak olub.

Bunu Liviya Baş naziri Əbdülhəmid Dibeybe bildirib.

Baş nazirin bəyanatında deyilir ki, faciəvi qəza zamanı Liviya Baş Qərargah rəisi general Məhəmməd Həddad və onu müşayiət edən şəxslər həyatını itirib.

Hüquq Cəmiyyəti: “Zabil Qəhrəmanovun həbsi Azərbaycanda vəkillərə qarşı sistemli təzyiq və təqibin nümunəsidir”

İngiltərə və Uels Hüquq Cəmiyyətinin (The Law Society of England and Wales) prezidenti Mark Evans Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, Gəncədə həbs olunan vəkil Zabil Qəhrəmanovun azadlığa buraxılması və ona qarşı irəli sürülən ittihamların dayandırılması çağırışı edib.

Mark Evans məktubunda bildirir ki, Hüquq Cəmiyyəti vəkil Zabil Qəhrəmanovun saxlanılması və barəsində seçilmiş həbs qətimkan tədbirindən narahatdır: