23 December 2025

İmam Əliyyən Nəqinin (ə) şəhadəti — Hüzn Günü

Bu gün İslam ümməti üçün dərin hüzn və kədər günüdür. Böyük Əhli-beyt imamlarından olan İmam Əliyyən Nəqinin (ə) şəhadət günü mömin qəlblərdə yenidən nisgil, təfəkkür və mənəvi oyanış doğurur. Zülm və haqsızlığın hökm sürdüyü bir dövrdə haqqı, ədaləti və ilahi dəyərləri qorumaq yolunda canını fəda edən İmamın (ə) həyatı insanlıq üçün əbədi bir məktəbdir.

Hakimiyyətin qarşı-qarşıya qoyduğu üç məktəb: Milli, Dini və Demokratik institutlar - II hissə

Lakin hakimiyyət demokratiyanı təkcə beynəlxalq təşkilatların hüquqi sənədlərində sanksiyalardan yayınma faktoru kimi qoruyub saxlamır. Demokratiya eyni zamanda bu dəyərə səmimi şəkildə inanmış saf azərbaycanlıların siyasi alətə çevrilməsi yolu ilə manipulyasiya olunur. Bu mexanizm vasitəsilə hakimiyyət milli və dini düşüncə məktəblərini zəiflətmək, onları qarşıdurma və parçalanma vasitəsinə çevirmək məqsədi güdür.

Şiə İmamlarının siyasi mübarizəsinin əsas məqsədi İslam sivilizasiyasının gerçəkləşməsi

"İslam Sivilizasiyasının Təşəkkülündə və inkişafında şiə imamlarının rolu" kitabının müəllifi bildirib: "Şiə İmamlarının hökumət qurmaqda məqsədi İslam sivilizasiyasını yaratmaq və "əksər İmamların (ə) sivilizasiya rolu yox idi, çünki onlar hökumət qurmadılar" ifadəsi yanlış bir fikirdir olmasının isbatıdır."

Tədqiqat Həftəsi ərzində “Şiə İslamını Anlamaq” mərkəzində “Mədəniyyət və Sivilizasiya Biblioqrafiyası” mövzusunda elmi sessiya keçirilib.

İsrail-Yunanıstan-Kipr üçlüyü cəbhə yaradıb

İsrailin Baş naziri Benyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Kipr lideri Nikos Xristodulides Qüdsdə keçirilən birgə mətbuat konfransında təhlükəsizlik, enerji və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirilməsi mesajını çatdırıblar. Türkiyəni və xüsusən də İranı birbaşa hədəf almasalar da, açıqlamalar regional təhlükə eyhamı vurğulanıb.

Şeyx Səbri: Qüds tarixinin ən çətin dövrlərindən birini yaşayır

Əl-Əqsa məscidinin imamı və Qüds Ali İslam Şurasının prezidenti Şeyx İkrimə Səbri işğal altındakı Şərqi Qüdsdəki müqəddəs yerlərə İsrail qüvvələri və məskunlaşanların hücumlarının artdığını və şəhərin son dərəcə ağrılı bir dövr keçirdiyini bildirib. İsrail hökumətini çəkindirəcək heç bir beynəlxalq mexanizmin olmadığını vurğulayan Səbri, bu vəziyyətin pozuntuların daha da yayılmasına səbəb olduğunu bildirib.

İsrailin Livanın Cənubuna dron hücumu nəticəsində 3 nəfər həyatını itirib

Livanın cənubunda ölümcül dron hücumu

Sionist rejim Livanın cənubunda həyata keçirdiyi növbəti hava hücumu mülki itkilərlə nəticələnib. Məlumata görə, bazar ertəsi İsrail rejimə məxsus pilotsuz uçuş aparatı Sayda qəzasına bağlı bir qəsəbədə hərəkətdə olan avtomobili birbaşa hədəfə alıb.