02 December 2025

Pakistan Beynəlxalq Quran tilavəti yarışlarına ev sahibliyi edir

Beynəlxalq Quran tilavəti yarışları Pakistanın İslamabad şəhərində 37 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilib.

Pakistan Dini İşlər və Məzhəblərarası Harmoniya Nazirliyi ilk Beynəlxalq Quran tilavəti yarışlarını Pakistanın İslamabad şəhərində böyük təmtəraqla keçirib. Quran tilavəti, ehtiram və Quranla tanışlıqla dolu mənəvi atmosfer yaradan bu tədbir, 37 İslam ölkəsindən seçilmiş qarilərin və nümayəndələrin iştirakı ilə xüsusi bir ölçü qazanıb.

Bəhruz Səmədov 1 illik Umbakıdakı qapalı tipli həbsxanaya köçürülüb

Həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov 1 il müddətinə Umbakı qəsəbəsindəki qapalı rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb. 

Bu barədə "Toplum TV"-yə ictimai fəal Əmrah Təhməzov məlumat verib. 

Onun sözlərinə görə, dekabrın 1-də B.Səmədovun saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində qapalı məhkəmə prosesi keçirilib. Fəalın yaxınları prosesdə iştirak edə bilməyib. 

Musa Sədrin işini izləyən hakim Qəddafilə bağlı danışıb

Hannibal Müəmmar Qəddafinin Livan həbsxanalarından azad olunması çoxsaylı müzakirələrə və söz-söhbətlərə səbəb olub.

Hadisənin mahiyyətini və Hannibal Qəddafinin tutulması və azad olunması ilə bağlı detallarını aydınlaşdırmaq üçün İmam Musa Sədr və yoldaşlarının itkin düşməsi işini izləyən rəsmi komitənin məruzəçisi, hakim Həsən Şamidən eksklüziv müsahibə verib.

“Turan Tovuz” 1/4 finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.

Açılış oyununda “Turan Tovuz” I Liqa təmsilçisi “Şahdağ Qusar”ın qonağı olub. "SOCAR Polymer Arena"dakı görüş Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Adını 1/4 finala yazdıran “Turan Tovuz” bu raundda “Araz-Naxçıvan” – “Kəpəz” duelinin güclüsü ilə qarşılaşacaq.

İraqda xaos: Neft emalı zavodları riskdə

İraqın Ərbil şəhərində Herki qəbiləsi ilə Peşmərgə qüvvələri arasında şiddətli toqquşmalar baş verir. Herki qəbiləsi "Əgər Bərzani qüvvələri iki saat ərzində geri çəkilməsə, neft emalı zavodlarını partladacağıq" deyə hədələdi.

Şimali İraq qəfildən qarışıqlığa düşdü. İraqın Ərbil şəhərində Peşmərgə və Herki qəbilə qüvvələri arasında şiddətli toqquşmalar baş verdi.

Türkiyə derbisi bərabərliklə bitdi

Türkiyə Superliqasında 14-cü turun mərkəzi qarşılaşması başa çatıb.

İstanbul derbisində "Fənərbağça" əzəli rəqibi "Qalatasaray"ı qəbul edib.

Matçda qalib müəyyənləşməyib. 27-ci dəqiqədə qonaqlardan Leroy Sane çərçivəni dəqiq nişan alıb.

Meydan sahibləri bu qolun əvəzini yalnız 90+5-ci dəqiqdə çıxmağı bacarıblar. Con Duranın qolu "sarı-lacivərdlər"i məğlubiyyətdən xilas edib 1:1.

Türkiyə sahilləri yaxınlığında daha bir rus gəmisinə hücum

Rusiyadan Gürcüstana günəbaxan yağı aparan MIDVOLGA-2 adlı Rusiya tankeri Türkiyənin Qara dəniz sahillərindən təxminən 80 mil aralıda hücuma məruz qalıb.

Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat verib.

İnsident zamanı 13 nəfərlik heyət yardım tələb etməyib və ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

Məlumata görə, tanker hazırda Türkiyənin Sinop istiqamətində hərəkətini davam etdirir.

Ayətullah Sistaniyə bağlı Fondun yetimlərə ev və səhiyyə layihəsi

Bir müddət öncə sizə böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistaniyə bağlı “Əl Ayn” Fondu tərəfindən 137 min yetimə verilən dəstək haqqında məlumat dərc etmişdik.

Fondun “Yetimlərə mənzil” layihəsi hazırda 324 ev yetimlərə verilib. Aşağıda bu layihənin hansı bölgələrdə reallaşdığını diqqətinizə çatdırırıq:

1. İmam Rza (ə) Kompleksi – 12 ev, Bağdad – Al-Muamal bölgəsi

Belçika XİN: Rusiya aktivlərinin müsadirəsindən imtina edilməlidir

Belçika Xarici İşlər Nazirliyi Rusiya aktivlərinin müsadirəsindən imtina etməyə və Ukraynanın maliyyələşdirilməsini “klassik ümumevropa krediti” vasitəsilə həyata keçirməyə çağırıb.

Bu barədə krallığın xarici işlər naziri Maksim Prevo “X” sosial şəbəkəsində yazıb.

“Ukraynaya təcili lazım olan maliyyə dəstəyini göstərməyin ən yaxşı yolu klassik ümumavropa borc mexanizmindən istifadə etməkdir”, – Prevo qeyd edib.

"Amnesty International": 'Əli Kərimlinin həbsi avtoritar praktikanın möhkəmlənməsinin daha bir sübutudur'

"Amnesty International" beynəlxalq insan haqları təşkilatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı bəyanat verib. 

Təşkikatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev deyib ki, Ə.Kərimlinin həbsi Azərbaycanda "avtoritar praktikanın möhkəmləndirilməsi prosesində növbəti qəbuledilməz haldır".