ABŞ İrana hücumdan çəkinir - Səbəbi isə...

ABŞ İrana edilən hücumun onun arsenalını tükəndirəcəyindən və Amerika qoşunları arasında itkilərə səbəb olacağından qorxur.

Bu barədə "Politico" nəşri məlumat yazıb.

Nəşrin məlumatına görə, bu səbəbdən ABŞ İrana qarşı "baş kəsmə hücumu" ssenarisini nəzərdən keçirir.  Bu ssenariyə əsasən qısamüddətli hücumla İranın nüvə obyektləri və İslam Respublikasının yüksək rəhbərliyi hədəfə alınacaq.

Əlbəttə bu yuxarıda qeyd edilən itkilərin baş verməyəcəyi mənaya gəlməz. Yəni, Amerikanın bu addımından sonra qeyd edilən qoşunların İran tərəfindən hədəfə çevriləcəyi şübhəsizdir və itki qaçılmazdır.

Təhlilçilər uzanan müharibə ssenarisinin əsasını məhz bu problemin təşkil etdiyini düşünürlər.

Hələ ki, tərəflər danışıqların davam etməsinə maraqlıdırlar, nəşr qeyd edib.