20 November 2025

Venesuelada neft zavodunda dəhşətli partlayış baş verib

Venesuelanın Anzoategui əyalətində neft-kimya müəssisəsində böyük partlayış baş verib.

Reuters agentliyi Petrocedeño şirkətinin ana şirkəti Petróleos de Venezuela (PDVSA) mənbələrinə istinadən bildirib ki, çərşənbə günü Anzoategui əyalətindəki Petrocedeño neft emalı müəssisəsində partlayış və sonrakı yanğın baş verib. Partlayış günortadan sonra baş verib və alov və tüstü buluduna səbəb olub. Bu tüstü təsirlənmiş neft emalı müəssisəsinin bir hissəsi olan distillə qülləsinin yaxınlığında cəmləşib.

DÇ-2026-da pley-off mərhələsinin püşkü atıldı

DÇ-2026-nın seçmə mərhələsində pley-off oyunlarının püşkü atılıb.

İsveçrənin Sürix şəhərində keçirilən püşkatma mərasimində Türkiyə milli komandasının da rəqibi bəlli olub.

“Ay-ulduzlular” yarımfinalda Rumıniya seçməsi ilə qarşılaşacaq. Vinçenso Montellanın baş məşqçisi olduğu komanda yarımfinal görüşünü evdə keçirəcək. Türkiyə millisi rəqibini məğlub etsə, finalda Slovakiya – Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.

Reuters: “ABŞ Ukraynadan müharibənin dayandırılması üçün Donbasdan imtina və ordu ilə bağlı güzəştlər tələb edir”

ABŞ administrasiyası Ukrayna prezidenti Vladimir Zelenskiyə Vaşinqton və Moskva arasında hazırlanan yeni sülh planını qəbul etməsi barədə mesaj verib. “Reuters”in anonim mənbələrə istinadən yazdığına görə, plan Kiyevin bəzi ərazilərdən imtina etməsini və ordunun bir hissəsini ixtisar etməsini nəzərdə tutur.

“Azərbaycan cəmiyyəti üçün məzhəbçilik süni şəkildə yaradılan, xarici təsir mərkəzlərinin dəstəklədiyi və zaman-zaman ortaya atdığı zərərli tendensiyadır”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramın Məmmədov "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda konfransdakı çıxışında deyib.

Vitkoff-Həmas görüşü İsrailin təzyiqi səbəbindən ləğv edildi

Fələstin mənbələri ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff və HƏMAS lideri Xəlil əl-Həyyah arasında Ankara görüşünün İsrailin "birbaşa təzyiqi" səbəbindən ləğv edildiyini bildirib.

Fələstin mənbələri ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff və HƏMAS-ın yüksək vəzifəli lideri Xəlil əl-Həyyah arasında bu gün Ankarada keçirilməsi planlaşdırılan görüşün İsrailin "birbaşa təzyiqi" səbəbindən ləğv edildiyini bildirib.

İsrail ordusu Qəzza zolağını vurdu - Ölənlər var

Atəşkəsə baxmayaraq, İsrail ordusu Qəzza zolağında geri çəkildiyi bölgələrə hücumlar təşkil edib. 

KİV xəbər verir ki,  İsrail ordusu Qəzza şəhərinin Zeytun və Şucayya məhəllələrinə və Qəzza zolağının cənubundakı Xan Yunisin Mavasi bölgəsinə hücum edib.

Qəzza Səhiyyə Nazirliyi hücumlarda 25 nəfərin öldüyünü, ən azı 77 nəfərin yaralandığını açıqlayıb. 

Avropa 2027-ci ilə qədər Cənubi Kiprdən təbii qaza çıxış əldə edə bilər

Kipr prezidentinin sözlərinə görə, Kipr sahillərində kəşf edilmiş təxminən 20 trilyon kubmetr təbii qazın bir hissəsi 2027-ci ilə qədər Avropa bazarına çata bilər, çünki Avropa Rusiya enerjisindən müstəqil olmaq səylərini davam etdirir.

Prezident Nikos Xristodulides çərşənbə günü ixrac ediləcək ilk təbii qazın mənbəyini açıqladı. Bu qaz İtaliyanın Eni və Fransanın Total Energies şirkətlərindən ibarət konsorsium tərəfindən idarə olunan altı kəşf edilmiş yataqdan biri olan Cronosdan gələcək.

HRW: İsrailin fələstinlilərin Qərb Şəriyəsinə qayıtmasına mane olması müharibə cinayətidir

Human Rights Watch (HRW) təşkilatının yeni hesabatında İsrailin bu ilin əvvəlində Qərb Şəriyəsindəki quru hücumu zamanı müharibə cinayətləri törətdiyi və döyüşlər bitdikdən sonra on minlərlə didərgin düşmüş fələstinlinin geri qayıtmaq hüququndan məhrum edildiyi açıqlanıb.

İsrail qüvvələri bu ilin əvvəlində hərbi əməliyyata başladıqdan bəri on minlərlə fələstinlinin işğal olunmuş Qərb Şəriyəsindəki evlərinə qayıtmaq hüququndan məhrum edilməsi davam edir.

“Peyğəmbər buyurur ki, Fatimə (s.ə) mənim qəlbimdi, ruhumdur”

İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) əziz qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadət günləridir.

Gürcüstanın tanınmış ruhanisi, ilahiyyatçı alim Marneulinin Baş Axundu və İmam Hüseyn (ə) məscidinin imamı Hacı Əziz Nəbiyevdən bununla bağlı münasibət bildirib. 

“Bismillahir Rəhmanir Rəhim

Tbilisidə keçirilən aksiyada 13 nəfər saxlanılıb

Noyabrın 19-da Tbilisidə keçirilən aksiyada 13 iştirakçı inzibati qaydada saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata görə, saxlanılan şəxslər polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıblar və hüquq-mühafizə orqanı nümayəndələrini təhqir ediblər.

DİN vətəndaşları qanuna zidd əməllərdən çəkinməyə çağırıb, əks halda qanun çərçivəsində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Nebenzya: İsrailin Suriyadakı addımları bütün region üçün təhlükə yaradır

İsrailin Suriyanın cənubunda “təhlükəsizlik zolağı” yaratmaq cəhdləri beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bütün Yaxın Şərq regionu üçün təhlükə yaradır.

"TASS" xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib.

Onun sözlərinə görə, Rusiya Suriyada davam edən terror təhdidləri ilə bağlı Dəməşqin narahatlığını bölüşür: