Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramın Məmmədov "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda konfransdakı çıxışında deyib.
Onun sözlərinə görə, dinin siyasiləşməsi cəmiyyətdəki harmoniyanı sarsıtmağa yönələn ən təhlükəli proseslərdən biridir:
"Azərbaycan modeli göstərir ki, dövlət və dini qurumlar arasında qarşılıqlı hörmət və koordinasiya olmadan milli həmrəylik təmin edilə bilməz. Bizi 44 günlük Vətən müharibəsində qələbəyə aparan güc də məhz bu modelin nəticəsi olan milli həmrəylik idi. Dinin siyasiləşməsi isə bu harmoniyanı sarsıtmağa yönələn ən təhlükəli proseslərdən biridir. Dinin siyasi məqsədlərə alət edilməsi, cəmiyyətin emosional həssaslığından sui-istifadə dövlətçilik dayaqlarını zəiflədən əsas amillərdəndir”.
“Azərbaycan cəmiyyəti üçün məzhəbçilik süni şəkildə yaradılan, xarici təsir mərkəzlərinin dəstəklədiyi və zaman-zaman ortaya atdığı zərərli tendensiyadır”.