Son 8-9 ay ərzində Azərbaycan hakimiyyəti Xalq Cəbhəsinin sədri Əli Kərimlini öz maşını ilə müxtəlif tədbirlərə aparan və onu müşayiət edən 11 nəfər fəal cəbhəçini həbs edib. 3 gün əvvəl sonuncu həbs edilən Cəbhənin Xətai rayon şöbəsinin sədri Faiq Nağıyevdir.
Noyabrın 12-də biz Milli Şuranın toplantısını keçirməli idik. Lakin Əli Kərimli bəy gəlib çıxmadı. Az sonra məlum oldu ki, onu öz maşını ilə toplantıya gətərəcək Faiq bəy Nağıyev saat 11-də evindən çıxsa da, telefonu bağlanıb və ondan xəbər yoxdur. Az sonra öyrəndik ki, Faiq bəy öz evindən Əli Kərimlinin evinə gələrkən küçədə polis tərəfindən oğurlanıb.
Məsələ sosial şəbəkəyə çıxdıqdan sonra məlum oldu ki, guya inzibati xətalar məcəlləsini pozuduğuna görə Faiq bəy bir ay müddətinə inzibati qaydada həbs edilib. Amma bu saxta pozuntunun nədən ibarət olduğu bu günə qədər aydın deyil. Şübhəsiz ki, belə qanunsuz həbslər 20 ildir xarici pasportu heç bir hüquqi əsas olmadan (hətta Avropa Məhkəməsinin bu qanunsuzluqla bağlı qərarı olsa da) müsadirə edilmiş Cəbhə sədri Əli Kərimliyə qarşı dövlətin resursları səfərbər edilməklə apalılan mübarizənin tərkib hussəsidir.
Hələ bu ilin mart ayında Əli bəyin köməkçiləri AXCP üzvləri Kənan Basqal, Novruz Tağıyev və ictimai əsaslarla mühafizəçisi Elnur Quliyevin qardaşı Rahil Quliyev tamailə saxta cinayət ittihamı ilə həbs ediliblər. Guya Kənan Basqal kimi Qarabağ qazisi, dünyanın ən saf, ən dürüst, ən təmiz adamı kimisə bıçaqlayıb. Amma ortada bıçaqlanan var, nə də bıçaq. Eyni ssenari ilə bir müddət əvvəl cəbhəçi Əlzamin Salayev də həbs edilib.
Novruz Tağıyev də ev-alqı satqısına görə böhtanla tutulub. Hansısa bir "alıcı" ev almaq üçün ev satanın kartına 1000 manat beh atıb. Yəni Novruz bəy adamdan beh belə almayıb. Amma "adam" hələ almadığı evə görə polisə şikayət edib ki, guya Novruz Tağıyevə 70 min manat pul verib. Əvvəla, "adamdan" beh belə almayım Novruz bəy ev sahibi olmaya-olmya adamdan niyə 70 min manat pul almalıdır? İkincisi hələ amadığı evə görə "alıcı" 70 min manatı niyə ev sahibinə yox, sənədsiz-sübutsuz Novruz bəyə "verməlidir"? Eyni ssenari üzrə bir müddət əvvəl Cəbhə fəalı Elxan Əliyev də həbs edilib. Yəni məqsəd qurama, saxta, ssenariləşdirilmiş ittihamlarla Əli Kərimlinin ərafını budamaqdır.
Faiq bəydən daha öncə son aylarda öz maşınları ilə Əli Kərimliyə yardım göstərmiş AXCP fəalları Fərid Quliyev, Vəlişan Həsənov, Zaur Rzalı, Rəşad Əliyev, Asəm Əli, Elnur Quliyev, Rahil Quliyev (hazırda həbsdədir) və Kənan İsmayılov da küçədən oğurlanaraq 30 sutka müddətinə inzibati qaydada həbs edilmişdilər.
Bu həbslər bilavasitə İlham Əliyevin göstərişi ilə həyata keçirilir. Əks təqdirdə son 8-9 ay ərzində sürücü və köməkçi adı ilə Əli Kərimlinin yaxın ətrafından 11 nəfər Cəbhə fəalı saxta ittihamla niyə həbs edilsin?
Cəmil Həsənli
Milli Şuranın sədri.
Bu həbslərin arxasında İlham Əliyev dayanır