Sankt-Peterburq Əhli-beyt Hüseyniyyəsində cümə namazı qılınıb

Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt Hüseyniyyəsində bu həftə də möminlərin iştirakı ilə növbəti cümə namazı qılınıb.

Cümə namazına Hacı Rüfət Məmmədov imamətlik edib. Fatimə Günlərini (Əyyami Fatimiyyə) əhatə edən əza məclislərində Xanımın dəyərlərindən danışan xatib diqqət edilməli məqamları dilə gətirib.

O, Həzrəti Zəhranın (s.ə) xanımlara gözəl nümunə olması və zalımlara qarşı mübarizə aparmasi, vilayəti müdafiə etməsi xütbənin əsas mövzusu olduğunu bildirən ruhani bu nöqtələrə diqqətli olmağı hər kəsə tövsiyyə edib.