ABŞ Rusiyanın “Lukoil” neft şirkətinin xarici bölmələri üçün sanksiyaların tətbiqini müvəqqəti dayandırıb

AzadlıqRadiosunun “Exo Kavkaza” xidməti yazır ki, bu şirkətə aktivlərini satmaq üçün daha çox vaxt verəcək. ABŞ Maliyyə Nazirliyi isə yaydığı bəyanatda sanksiyaların tətbiqinin dekabrın 13-nə qədər uzatdığını bildirib. Bu qərar həmçinin şirkətlərə “Lukoil”lə onun xarici aktivlərini almaq üçün danışıqlar aparmasına icazə verib.
Bundan başqa “Lukoil”in Bolqarıstandakı bölmələri, eləcə də Burqasdakı neft emalı zavoduna ayrıca yarım illik fəaliyyət lisenziyası verilib. Bunun sayəsində onların fəaliyyətinin aprelin sonlarına qədər həyata keçirilməsi təmin edilib.
“Lukoil”ə Donald Tramp bir müddət öncə “Rosneft”lə birgə sanksiya tətbiq edib. Bu, Rusiyanın ən böyük özəl neft şirkətlərindən biri hesab edilir. Şirkətin təsisçisi və rəhbəri əslən azərbaycanlı olan Vahid Ələkbərovdur. O, Rusiyadakı ən zəngin azərbaycanlı hesab olunur.