Noyabrın 19-da Tbilisidə keçirilən aksiyada 13 iştirakçı inzibati qaydada saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata görə, saxlanılan şəxslər polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıblar və hüquq-mühafizə orqanı nümayəndələrini təhqir ediblər.
DİN vətəndaşları qanuna zidd əməllərdən çəkinməyə çağırıb, əks halda qanun çərçivəsində müvafiq tədbirlərin görüləcəyini bildirib.
Qeyd edək ki, aksiya ötən gün həbsindən bir il ötən Mate Devidzeyə dəstək məqsədi daşıyıb. Polis əməkdaşına hücumda ittiham olunan 21 yaşlı gənc bu ilin iyununda 4 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Tbilisidə keçirilən aksiyada 13 nəfər saxlanılıb