İsrail hərbi qüvvələri noyabrın 16-da Livanın cənubunda Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlılarına atəş açıb.
BMT-nin sülhməramlı missiyası hadisəni ciddi pozuntu kimi qiymətləndirib. BMT qüvvələri arasında yaralanan olmayıb.
İsrail ordusunun açıqlamasına görə, İsrail əsgərləri sərhədə yaxın El Hamames bölgəsində iki şübhəliyə atəş açıblar və yalnız sonradan onların BMT sülhməramlıları olduğunu anlayıblar.
Ordu sözçüsü qeyd edib ki, sülhməramlılar hava şəraitinin əlverişsiz olması səbəbindən tanınmayıblar. Hadisənin araşdırıldığı qeyd edilib.
BMT-nin Livan üzrə Müvəqqəti Qüvvələri (UNIFIL) isə bildirib ki, İsrail qüvvələri Livan ərazisinə daxil olmuş Merkava tankından piyada vəziyyətində olan sülhməramlılara doğru atəş açıblar. Ağır pulemyotdan açılan atəş sülhməramlılardan cəmi beş metr məsafəyə düşüb və onlar sığınacaq axtarmağa məcbur olublar.
UNIFIL-in məlumatına görə, sülhməramlıların rəsmi kanallar vasitəsilə İsrail ordusu ilə əlaqə saxlamasından sonra İsrail tankı geri çəkilib.
UNIFIL hadisəni BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin “ciddi pozuntusu” adlandırıb. Qətnaməyə əsasən, Livanın cənubunda BMT sülhməramlıları və Livan ordusundan başqa heç bir silahlı qüvvə fəaliyyət göstərə bilməz.
Livan ordusu isə açıqlamasında bildirib ki, İsrailin Livanın suverenliyini pozması ölkədə qeyri-stabil vəziyyət yaradır və ordunun cənub bölgələrinə yerləşdirilməsini çətinləşdirir.
İsrail ordusu hazırda Livan ərazisində beş mövqeni nəzarətdə saxlayır və ölkənin cənubuna tez-tez hava zərbələri endirir. İsrail bu zərbələrin "Hizbullah"ı hədəf aldığını bildirir.
Ötən il İsrail və "Hizbullah" atəşkəs barədə razılaşmışdılar. Razılaşmaya görə, qruplaşma Livanın cənub bölgəsində silah saxlamamalı, İsrail qüvvələri isə Livandan tam şəkildə geri çəkilməli idi.
İsrail "Hizbullah"ı yenidən silahlanmağa cəhd göstərməkdə ittiham edir, Livan hökuməti isə İsraili razılaşmanı pozmaqda - geri çəkilməməkdə və hava zərbələrini davam etdirməkdə günahlandırır.
İsrail qüvvələri BMT sülhməramlılarına atəş açıb