Rusiya yenə Xarkovu vurub - Ölən və yaralanan var

Noyabrın 17-nə keçən gecə Rusiya Xarkov vilayətinin Balakliya şəhərinə raket zərbəsi endirib. 

Bu  barədə Ukrayna mətbuatı məlumat dərc edib. 

Bildirilir ki, hücum ölən və çoxlu yaralananlarla nəticələnib. Xarkov şəhər administrasiyasının rəhbəri Oleq Sinegubov 14 yaşlı qız da daxil olmaqla bir nəfərin öldüyünü və beş nəfərin aralandığını bildirib.

Yaşayış binalarına ciddi ziyan dəyib.