Həbsxanalardan ciddi rejimli müəssisəyə köç davam edir-növbəti inanclı “krıtaya” göndərilir

Gündəm xəbərləri sırasında yer alan həbsxanalarda olan məhbusları ciddi-qapalı rejimli müəssisəyə “krıtaya” göndərilmə layihəsi davam edir. Hakimiyyətin gözünə “qara” görünən məhbusların siyahısına daha bir Müsəlman Birliyi Hərəkatının üzvü  Elçin Zeynalov da əlavə olunub. 

Elçin Zeynalov 2023-cü ilin 16 mart tarixində saxlanılıb. Saxta narkotik ittihamına tuş gələn şiə inanclısı artıq formal hal alan yalan ittihamın qurbanlarından biridir. Məhkəmə dövründə əsasən polislərdən ibarət “şahid” komandası Elçinin narkotiklərlə bağlı ittihamında tərəf olaraq çıxış etsə də, artıq nəinki Elçin tanıyanlar, hətta tanımayanlar belə bu ittihamın şərləmə olduğuna əmindir. 

Lakin sifarişli məhkəmə deyilənlərin əksi olaraq 2024-cü il 5 fevral tarixində keçirdiyi sonuncu iclasında Elçin Zeynalovu müqəssir bilərək onun barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarır.
İnanclı Ali məhkəmədə cəzasının 6 ay azaldılmasına nail olduqdan sonra, oktyabr ayında saxlanıldığı 1 saylı istintaq təcridxanasından yaşadığı və qeydiyyatda olduğu Ceyranbatan qəsəbəsində yüzlərlə km uzaqlıqda yerləşən Şəki həbsxanasına köçürülür.
Həbsxana rəhbərliyi karantinə aldığı E. Zeynalovu da bir çox inanclılara ünvanlanan ciddi qapalı rejimə köçürülmə hökmünün arxasınca eyni ssenarini icra edir. Öncə inanclının daxili qaydaları pozma bəhanəsi qabardılaraq o karserə salınır, ardınca daxili məhkəmə keçirilir və qərar bəlli bir göstərişi ortaya qoyur. 
Qərara görə Elçin Zeynalov cəzasının qalan təxminən 10 aylıq müddətini ciddi qapalı rejimə köçürülür. Hökm artıq həbsxanalarda formal hal alaraq məhbusun ciddi məhdudiyyətə məruz qoyma siyasətini özündə ehtiva edən bu cəzanı bütün fəal şəxslərə tətbiq edildiyindən hakimiyyətin bu tip davranışı bəlli narahatlığına nümunədır.

Ən əsası isə qapalı ciddi rejimlərdə dustaqların sərt işgəncə maşını olaraq “krıtaya” köçürülmə siyasəti görünür hələ fəal məhbusların qənimi olaraq tətbiqi davam edəcək.