19 October 2025

İsrail Qəzzaya yeni zərbələr endirib

Girovları geri qaytaran İsrail günlərdir mediada “atəşkəsin pozulması” bəhanəsini nəhayət işə salıb. Trampın da saxta sülh planı arxasında gizlənən israilli girovların qaytarılmasından sonra güya Qəzza zolağına Fələstin qruplaşmalarının atəşi pozmasına cavab olaraq İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzzaya yeni zərbələr endirməyə başlayıb.

İsrail tərəfi bu addımı HƏMAS hərəkatının "atəşkəs rejimini kobud şəkildə pozmasına" cavab olaraq həyata keçirdiyini iddia edir.

"Sabah" qələbə qazandı - "Neftçi" heç-heçə etdi

Misli Premyer Liqasında VIII turun daha iki oyunu keçirilib.

Günün ilk matçında "Sabah" öz meydanında "Zirə"ni 3 cavabsız qolla məğlub edib. Bu qələbə ilə xallarını 14-ə çatdıran "bayquşlar" 3-cü pilləyə yüksəlib. "Zirə" 13 xalla altıncıdır.

Digər matçda isə "Neftçi" evdə "Araz-Naxçıvan"la məhsuldar heç-heçəyə razılaşıb - 2:2. Bu nəticədən sonra Naxçıvan təmsilçisi 15 xalla 2-ci, Bakı klubu isə 9 xalla 7-ci sırada yer alıb.

Gecəyarısı əməliyyatı: İsrail Suriyanın cənubunda mülki vətəndaşları həbs edir

İsrail ordusu gecə saatlarında Suriyanın cənubunda işğal altında olan Şeyx dağı (Hermon) bölgəsində əməliyyat keçirib.

İsrail Suriyadan Livana qaçaqmalçılıq yolu ilə silah keçirdiklərini iddia edərək bir neçə nəfəri saxlayıb. Əməliyyat zamanı əl qumbaraları, tank əleyhinə silahlar və döyüş sursatları ələ keçirildiyi bildirilir. İsrail, basqının "Colan təpələrində mülki insanları qorumaq" üçün olduğunu iddia etdi.

İsrail Qəzzadakı rəfah keçidini qeyri-müəyyən müddətə bağladı

Rəfah keçidi yenidən bağlandı

İsrail baş naziri Benyamin Netanyahunun ofisi bu gün açıqlama verərək, Qəzzada yerləşən Rəfah sərhəd-keçid məntəqəsinin “növbəti göstərişə qədər bağlı qalacağını” bildirib. Rəsmi bəyanata görə, keçidin açılması məsələsinə yalnız HƏMAS-ın razılaşdırılmış çərçivə üzrə öhdəliklərini necə yerinə yetirəcəyinə əsasən baxılacaq.

 

Qəzzada humanitar böhran dərinləşir

Qətər XİN: Pakistan və Əfqanıstan atəşkəs barədə razılığa gəlib

Pakistan və Əfqanıstan arasında Dohada keçirilən danışıqlar zamanı dərhal atəşkəsin elan olunması barədə razılıq əldə edilib.

Bu barədə bəyanat Qətər Xarici İşlər Nazirliyinin “X” hesabında yer alıb.

“Danışıqlar zamanı tərəflər dərhal atəşkəs barədə razılığa gəliblər”, – bəyanatda qeyd olunur.

Sankt-Peterburq Əhli-beyt Hüseyniyyəsində bu həftə də cümə namazı qılınıb

Oktyabrın 17-də Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt Hüseyniyyəsində möminlərin iştirakı ilə silsiləvi cümə namazı qılınıb.

Cümə namazına Hacı Rüfət Məmmədov imamət edib. İki hissədən ibarət olan cümə namazının birinci xütbəsini o, Allahın təbiətdə insanlara ibrəti haqqında danışıb. Təbii harmoniyada gizlənən İlahi hikmətə diqqət çəkib.

Bu ad Məhəmməd Peyğəmbərə (s) olan sevgi, mənəvi saflıq və xeyirxahlıqla əlaqələndirilir

15 oktyabrda Birinci Kanalın efirində qonaq olan Baş nazir İrakli Kobaxidzenin "Məhəmməd" adı ilə bağlı səsləndirdiyi fikirlərə şeyx Hacı Faiq Nəbiyev münasibət bildirib.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev özünün rəsmi "Facebook" səhifısində belə yazıb:

"Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən Gürcüstan İctimai Televiziyasında səsləndirilmiş açıqlama ilə tanış oldum.

Azərbaycanda Müstəqilliyin bərpası günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Qədir bilən xalq çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib.

Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyənləşdirilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib.