17 October 2025

Hizbullah lideri: Biz heç vaxt məğlub olmayacağıq

Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasim müqavimətin ABŞ və İsrailin heç bir hücumuna boyun əyməyəcəyini bildirib.

Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasim Beyrutda İmam Mehdi (ə.f.) Təşkilatının möhtəşəm toplantısında etdiyi çıxışında Livanın ABŞ və sionist rejimin bütün hücum və sui-qəsdləri qarşısında möhkəm dayandığını bildirib. Qasim deyib: “Heç bir qüvvə müqaviməti məğlub edə bilməz, çünki bu vətənin torpağı şəhid qanı ilə birlikdəyik”.

İfrat sağçı sionistlər Qəzzaya gedən yardım maşınlarının qarşısını almağa cəhd ediblər

Bir qrup ifrat sağçı sionist israilli Kerem Əbu Səlim (Kerem Şalom) sərhəd keçid məntəqəsinə gedən yolda yük maşınlarını bağlayaraq Qəzza zolağına yardım göndərilməsini dayandırmağa cəhd edib.

İfrat sağçı “Tzav-9” təşkilatı Amerikanın X şirkətinin sosial media platformasında Qəzzaya göndərilən yardımın qarşısını almaq cəhdini əks etdirən kadrlar dərc edib.

Azərbaycan millisi FIFA reytinqində irəliləyib

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib.

Yığmamız hazırda 1142.25 xalla 123-cü pillədə qərarlaşıb. Komanda əvvəlki siyahıda 1148,09 xalla 124-cü yerdə idi.

Azərbaycan millisi oktyabr ayında iki oyun keçirib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Fransaya 0:3, Ukraynaya isə 1:2 hesabı ilə məğlub olub.

Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb

“Meclis.info” platformasının həbsdə olan rəhbəri İmran Əliyevin səhhətində ciddi problemlər yarandığı deyilir.

Bu barədə “Abzas Media”ya onun atası Bağır Əliyev məlumat verib.

Məlumatda onun bel və oynaq ağrılarından əziyyət çəkdiyi qeyd olunur.

İsrail Yunanıstana Türkiyəyə qarşı silah təklif etdi

İsrailin Yunanıstana adalarda istifadə üçün pilotsuz uçuş aparatları da daxil olmaqla hava hücumundan müdafiə sistemlərini təklif etdiyi iddia edilib. Yunan ordusunun hələ də bu təklifi dəyərləndirdiyi bildirilir.

İsrail və Yunanıstan arasında Türkiyəyə qarşı hərbi əməkdaşlıq dərinləşir. Kathimerini qəzeti İsrailin Yunanıstana hava hücumundan müdafiə sistemlərini, o cümlədən adalarda istifadə üçün “qatil dronları” təklif etdiyini yazıb.

 

Adalarda silah anbarı

İsrail Livana 10-dan çox hava zərbəsi endirib

İsrail ordusu növbəti dəfə atəşkəsi pozaraq Livanın cənub və şərqindəki qəsəbələrə 9 hava zərbəsi endirib.

Livanın NNA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Livanın cənubunda Nəbatiyə, Səidə, Mərcayun və Bint Cbeil şəhərlərini, şərqdə isə Bekaa bölgəsində Baalbek şəhərlərini hədəf alıb.

İsrail döyüş təyyarələrinin intensiv hücumlarının bəzilərinin karxanaları və sement fabriklərini hədəf aldığı bildirilir.

Qaşqardan Azərbaycana ilk multimodal reys açılıb

Çinin Qaşqar şəhərindən Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan marşrutu üzrə ilk beynəlxalq multimodal konteyner daşıması başlayıb.

Bu barədə "Uztemiryolkonteyner" məlumat yayıb.

Yüklər Siyan və Çendu şəhərlərindən dəmiryolu nəqliyyatı vasitəsilə Qaşqara, oradan avtomobil nəqliyyatı ilə Oşa daşınır. Daha sonra isə Oşdan dəmiryolu vasitəsilə Türkmənistan limanına, buradan da Bakıya dəniz yolu ilə çatdırılır.

Futbol üzrə dünya çempionatının oyunları üçün bir milyondan çox bilet satılıb

2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün bir milyondan çox bilet satılıb.

Bu barədə FIFA sosial media hesabında bildirib.

Turnirə 212 ölkə və ərazidən azarkeşlər qatılacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Yarışda hər birində dörd komanda olmaqla 12 qrupa bölünən 48 yığma mübarizə aparacaq.

Çexiyanın İraqdakı səfiri İmam Abbasın (ə) hərəmini ziyarət edib

Çexiyanın İraqdakı səfiri Yan Şnaydov İmam Abbasın (ə) hərəmini ziyarət edib. O, hərəm və ətrafında həyata keçirilən layihələri və şəhərsalma işləri ilə yaxından tanış olaraq bunları yüksək qiymətləndirib. Şnaidov müqəddəs ocaqlarda görülən işləri təqib edib, eyni halda regionda inkişaf və müasirləşdirmə işlərinin vacibliyini vurğulayıb.

Baş nazirin "Məhəmməd" adı ilə bağlı həqarətli sözlərinə sərt reaksiya

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtəqi Əsədov Baş nazirin bəyanatına sərt reaksiya verib.

Din xadimi özünün "Facebook" səhifəsində yazıb ki, Gürcüstan Baş naziri İrakli Kobaxidzenin “Məhəmməd” adı ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə, xüsusilə də ölkədə yaşayan müsəlman icmaları arasında ciddi narahatlıq doğurub.