16 October 2025
Məscidül-Həramda böyük rekonstruksiya işləri başladı
Məkkə şəhərində genişmiqyaslı rekonstruksiya işləri start götürüb.
Bu layihə çərçivəsində görülən işlər nəticəsində Kəbənin yerləşdiyi Məscidül-Həram məscidinin ərazisi də nəzərəçarpacaq dərəcədək genişlənəcək.
Bundan sonra ziyarətgah kompleksi əlavə 900 min zəvvar da qəbul edə biləcək.
Həmçinin şəhərdə zəvvarlar üçün əlavə infrastrukturlar da yaradılacaq.
“İttihamlardan görünür ki, “Mehdiyev işi” xeyli məmuru, hətta siyasi müxalifəti əhatə edəcək"
Oktyabrın 14-də Azərbaycan Prezidenti Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyev barədə cinayət işi açıldığı xəbəri yayıldı.
“APA”-nın xəbərinə görə, məhkəmə “xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş” R.Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Azərbaycan Qəzzaya sülhməramlı qüvvələr göndərmək üçün əsas namizədlərdən biridir
Azərbaycanın ABŞ-nin dəstəklədiyi Qəzza sabitlik qüvvələrinə qoşulmaq istəyən İndoneziya və Pakistanla birlikdə “ən əsas namizədlər” arasında yer aldığı bildirilir.
“Politico” nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın “Qəzza sülh planı” adlanan 20 bəndlik təşəbbüsündə yer alan Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) tərkibi üzərində danışıqlar davam edir.
BMT-nin xüsusi məruzəçiləri Azərbaycan hökumətini İqbal Əbilov və Bəhruz Səmədovu azad etməyə çağırıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) bir qrup xüsusi məruzəçisi Azərbaycan hakimiyyətini bir ildən artıqdır həbsdə saxlanılan tədqiqatçılar - İqbal Əbilov və Bəhruz Səmədovu azadlığa buraxmağa
Qüds Valiliyi: Son 3 həftədə 9820 israilli Əl-Əqsa məscidinə basqın edib
Fələstin Administrasiyasının tərkibində olan Qüds Valiliyi dini bayramlar adı altında Fələstin torpaqlarını ələ keçirən 9820 israillinin son 21 gündə işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın etdiyini açıqlayıb.
Qubernatorluq bildirib ki, 22 sentyabrdan 13 oktyabra qədər davam edən yəhudi bayramları dövründə Əl-Əqsa basqınlarında misli görünməmiş artım müşahidə olunub.
Əfqanıstanda partlayış
Taliban sözçüsü Zabihullah Mücahid Əfqanıstanın paytaxtı Kabildə yanacaq daşıyan tankerin partlayışa görə məsuliyyət daşıdığını, 5 nəfərin öldüyünü, 35 nəfərin yaralandığını təsdiqləyib.
Taliban sözçüsü Zabihullah Mücahid Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışın Pakistan hücumu olmadığını və partlayışın yanacaq tankeri tərəfindən törədildiyini təsdiqləyib.
Partlayış nəticəsində 5 nəfər ölüb, 35 nəfər yaralanıb
Vahid Ələkbərov, Qod Nisanov Böyük Britaniyanın sanksiya siyahısında
Oktyabrın 15-də Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Britaniya hökumətinin saytında dərc olunmuş siyahıya "Rosneft" və "Lukoil" kimi ən iri neft şirkətləri də salınıb.
“Kölgə donanması” ilə əlaqələndirilən 51 gəmi, Transstroybank, Primsoçbank, BBR Bank və Solid Bank daxil bir sıra banklar, Rusiyanın Milli Ödəniş Kartı Sistemi da sanksiyalara məruz qalacaq. Ümumilikdə 90 şəxs və təşkilat sanksiya siyahısına salınıb. Bunlar arasında Çin, Hindistan və Sinqapur şirkətləri də var.
Fələstinli əsirdən İsrail həbsxanalarındakı “təzyiq, işgəncə və ölüm”lə bağlı dəhşətli ifadələr
Son atəşkəs zamanı azad olunan fələstinli əsir Əkrəm əl-Bisuni ingilis telekanalına müsahibəsində İsrail rejiminin həbsxanalarında yaşanan işgəncə, ölüm və təhqir səhnələrini təsvir edib. O bildirib ki, fələstinli məhbuslar döyülmə, psixoloji təzyiq, dini təhqir və tibbi yardımdan məhrum edilmə kimi ağır şəraitə məruz qalırdılar.
İtaliya-İsrail matçına qarşı etirazlar zamanı 13 nəfər yaralanıb
Dünən 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsi çərçivəsində İtaliya-İsrail millisinin oyununa qarşı keçirilən etiraz aksiyası zamanı 13 nəfərin yaralandığı, 15 nəfərin saxlandığı bildirilir.
“Qızılgül inqilabının surətini çıxarmaq nəticə verməyəcək”
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə oktyabrın 4-də baş verən hadisələr və Xalq Məclisinin fəaliyyətini şərh edib.
Bununla bağlı üçüncü prezidentin sosial şəbəkə hesabında paylaşım edib.
İran gəmiləri təlimdə iştirak etmək üçün Azərbaycana gəlib
İran gəmiləri Azərbaycana gəlib. Bu barədə oktyabrın 15-də məlumat yayan Azərbaycan Müdafiə Nazirliyi (MN) bunu "AZIREX-2025" birgə axtarış-xilasetmə təlimi ilə izah edib.
"Təlimdə iştirak etmək məqsədilə İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət ölkəmizin ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib. Gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib", - məlumatda vurğulanır.