15 October 2025

Belçikada ümummilli tətil: Ölkə iflic vəziyyətə düşdü

Belçikada ümummilli etiraz: xidmətlər iflic oldu

Belçika işçi həmkarlar ittifaqları, hökumətin sosial xərcləri azaltmaq və əmək bazarını sərtləşdirmək planlarına qarşı bu gün bir günlük ümummilli tətil elan ediblər. Tətilə həm dövlət, həm də özəl sektor işçiləri geniş şəkildə qoşulub.

 

Uçuşlar və ictimai nəqliyyat dayandı

Avropada Eurovision böhranı: İsrailin yarışmadan çıxarılması tələbi böyüyür

Eurovision 2026 öncəsi İsrail böhranı dərinləşir

Avropa ölkələrində 2026 Eurovision Mahnı Müsabiqəsi ərəfəsində İsrailə qarşı narazılıq getdikcə artır. Qəzzada həyata keçirilən hücumları pisləyən bir çox Avropa dövləti, İsrailin yarışmadan uzaqlaşdırılmaması halında tədbiri boykot edəcəklərini bəyan edib.

 

“Böyük beşlik” içində parçalanma

“İslami Cihad”: Müqavimət silahını təslim etməyəcək

Müqavimət qrupları silahı yerə qoymayacaq.

Bu barədə Fələstinin “İslami Cihad” hərəkatının Baş katibinin müavini Məhəmməd əl-Hindi bəyan edib.

O deyib ki, müqavimət cəbhəsi silahı təslim etməyə razılıq verməyib və həmçinin məcburi silahsızlaşdırma təhdidlərini də qəbul etməyəcək.

Əl-Hindi əlavə edib ki, İsrailin əldə edilən razılığın həyata keçirilməsinə mane olmaq cəhdləri gözlənilməz bir şey deyildi.

Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin xeyrinə qərar verib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 14-də informasiya azadlığı ilə bağlı Azərbaycana qarşı qərar qəbul edib. 

Vəkil Fariz Namazlı "Facebook" səhifəsində xəbər verib ki, qərar hazırda "Meydan TV işi" üzrə həbsdə olan jurnalist Ramin Dekonun (Cəbrayılzadə) 2012-ci ildəki şikayəti əsasındakı iş üzrə verilib. 

Netanyahu səhhətinə görə məhkəmə dinləməsinin müddətinin azaldılmasını istəyib

İsrailin Baş naziri Benyamin Netanyahu hakimlərdən onun dinlənilməsinin müddətinin qısaldılmasını istəyib.

“The Times of Israel” xəbər verir ki, Netanyahu öskürək və soyuqdəymədən şikayətlənərək özünün yaxşı hiss etmədiyini, buna görə də məhkəmə prosesinin müddətinin azaldılmasını hakimlərdən xahiş edib.

Hakimlər onun xahişini qəbul ediblər.

Qəzzaya 137 yardım maşını daxil oldu

Qəzzaya ərzaq yardımı artırılır

BMT-nin Dünya Qida Proqramı (WFP) ötən gün verdiyi açıqlamada bildirib ki, Qəzzaya 137 yardım maşını daxil olub. Bu yardımlar əsasən çörəxanaların fəaliyyətini bərpa etmək və aclıqla mübarizə aparan əhaliyə ərzaq təmin etmək məqsədi daşıyır.

Proqramın məlumatına görə, 170 mindən çox ton ərzaq hazır vəziyyətdə Qəzzaya göndərilməyi gözləyir. Bu miqdar təxminən iki milyon insanın qida ehtiyacını ödəməyə kifayət edəcək.

 

HƏMAS ölən israilli girovların cəsədlərini BQXK-yə təhvil verib

Fələstində fəaliyyət göstərən HƏMAS hərəkatının nümayəndələri ölən israilli girovların cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil veriblər.

Bu barədə “Al Jazeera“ telekanalı məlumat yayıb.

Məlumata görə, cəsədlərin təhvil verilməsi Qəzza şəhərində baş tutub. Onların sayı və şəxsiyyətləri barədə heç bir məlumat açıqlanmayıb.

Avropa Məhkəməsi Xədicə İsmayılın xeyrinə qərar çıxarıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə məhkum edilməsinə dair şikayəti üzrə qərarını elan edib.

Bu barədə oktyabrın 14-də vəkil Fariz Namazlı məlumat yayıb.

Vəkil xatırladıb ki, 2014-cü ildə Elman Həsənov (Bayraqdar) X.İsmayılın həmin maddə ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında şikayət vermişdi. 

Pakistan–Əfqanıstan sərhədində yeni silahlı toqquşma baş verib

Pakistan ordusu Əfqanıstan ərazisindəki terrorçu qruplaşmaların mövqelərinə zərbə endirib.

Bu barədə ölkənin PTV dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, 14 oktyabr axşamı “Taliban” hərəkatının qüvvələri və “Fitna əl-Həvaric” qruplaşmasının silahlıları Pakistan sərhəd postlarına səbəbsiz atəş açıblar.

Pakistan ordusunun cavab əməliyyatı nəticəsində qarşı tərəfin bir sərhəd postu və tank atəş mövqeyi məhv edilib.

Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi

Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib.

“APA” xəbər verir ki, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.