14 October 2025

KİV: Qəzzada üç fələstinli İsrail hərbçiləri tərəfindən öldürülüb

Şarm əş-Şeyxdə sülh sazişinin imzalanmasından bir gün sonra Qəzza zolağında İsrail hərbçilərinin atəş açması nəticəsində üç fələstinli öldürülüb.

"Times of Israel" xəbər verir ki, hadisə Şeciaya bölgəsində baş verib.

Məlumata görə, həmin şəxslər hərbçilərin yerləşdiyi əraziyə yaxınlaşıblar. Əsgərlər əvvəlcə xəbərdarlıq atəşi açıblar, fələstinlilər yaxınlaşmağa davam etdikdə isə onları öldürüblər.

Həşdi-Şabi Nəcəf səhrasında təhlükəsizlik əməliyyatı aparıb

İraqda Həşdi Şabinin 2-ci briqadasının bölmələri Nəcəf əl-Əşrəf əyalətinin səhrasında geniş təhlükəsizlik əməliyyatı keçirib.

İraq mətbuatının verdiyi məlumata görə, Həşdi-Şabinin 2-ci briqadasının bölmələri Nəcəf əl-Əşrəf əyalətinin səhrasında geniş təhlükəsizlik əməliyyatı keçirib.

Səfərbərlik qüvvələrinin bəyanatında deyilir ki, əməliyyat nəticəsində 1991 və 2003-cü illərə aid döyüş silahlarından istifadə edib.

Azərbaycan, İran və Rusiya nümayəndə heyətləri Astaraçay körpüsünə baxış keçiriblər

Azərbaycan, İran və Rusiya nümayəndə heyətləri birlikdə Astaraçay körpüsünə baxış keçirib.

Nümayəndə heyətlərinə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksey Overçuk, İranın yollar və şəhərsalma naziri Ferzane Sadık rəhbərlik ediblər.

Səfər zamanı Astaranın müasir sərhəd terminalı, Astara tranzit avtomobil yolu, dəmir yolu vağzalı, terminal barı, Astara Xüsusi İqtisadi Zonası kimi əsas görməli yerlərə də baxış keçiriləcək.

Trampın müraciəti zamanı “soyqırım” pankartı açan deputat Kassif İsrail parlamentindən uzaqlaşdırılıb

ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS arasında əldə olunan razılaşmadan sonra Knessetdə çıxış etmək üçün Qüdsdə olub. Prezidentin çıxışı zamanı israilli deputat Ofer Cassif “Soyqırım” yazılmış pankartı açdıqdan sonra plenar zaldan çıxarılıb.

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günorta saatlarında İsrail parlamenti Knessetdə çıxış edib. Prezidentin çıxışı zamanı parlament sıralarında əyləşən deputat Ofer Cassif “Soyqırım” yazılmış pankart açdıqdan sonra parlamentdən uzaqlaşdırılıb.

BMT: Qəzzada ilkin olaraq yenidənqurmaya 70 mlrd. dollar ayrılacaq

ABŞ, Avropa və Ərəb ölkələri tərəfindən Qəzzada yenidənqurma işlərinə ilkin mərhələdə ümumilikdə 70 milyard dolların ayrılması vəd edilib.

Bunu BMT İnkişaf Proqramının Fələstin üzrə xüsusi nümayəndəsi Jako Silliers jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iki il davam edən HƏMAS-İsrail müharibəsi azı 55 milyon tonluq dağıntıya yol açıb.

Hüquq müdafiəçiləri Beynəlxalq Hakimlər Assosiasiyasını Azərbaycandakı vəziyyətlə bağlı addım atmağa çağırıb

Oktyabrın 12-də Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası işinə başlayıb.

Açılış mərasimində dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə – hakimlər, vəkillər, hökumət rəsmiləri, beynəlxalq təşkilatların təmsilçiləri və tanınmış hüquqşünas ekspertlər iştirak ediblər.

Oktyabrın 17-dək davam edəcək Assambleya çərçivəsində ev sahibi kimi Azərbaycanın məhkəmə-hüquq sistemi ilə tanışlıq da nəzərdə tutulur.

İbrani mediası: Atəşkəsdən sonra İbrahim sazişini sürətləndirmək lazımdır

İbrani mənbəsi Qəzzada atəşkəs danışıqlarında fəal rol oynamış yüksək rütbəli ABŞ rəsmisinə istinadən, “Yaxın zamanda Yaxın Şərqdə barışıq prosesinin sürətləndirilməsinin şahidi olacağıq” deyib.

İsrailin aparıcı qəzeti olan Yisrael Hayom bazar ertəsi axşam dərc etdiyi hesabatda Qəzzada atəşkəs danışıqlarında fəal rol oynamış yüksək rütbəli bir ABŞ rəsmisinə istinad edərək, “Yaxın Şərqdə barışıq prosesinin sürətləndiyinin şahidi olacağıq” deyə iddia edib.

Dərzi xüsusi Quran nüsxəsi hazırladı

Suriyalı dərzi və xəttat Məhəmməd Mahir Hazeri xüsusi bir Quran nüsxəsi hazırlayıb.

O, ayələri parça üzərində saplarla işlənilmiş Qurani-Kərim nüsxəsi hazırlayıb.

Hazeri bu işə 12 il sərf edib – işə 1998-ci ildə başlayıb və onu 2010-cu ildə başa çatdırıb.

Sözügedən nüsxə hər birinin uzunluğu 80 sm və eni 60 sm olan 12 cilddən ibarətdir. Onun ümumi çəkisi təxminən 200 kq-dir.

Pakistanda Fələstinə dəstək mitinqində 10-dan artıq şəxs həyatını itirib

Pakistanın “Təhriki Ləbbeyk Pakistan” (TLP) hərəkatı Lahorda etiraz aksiyası keçirib.

Onların məqsədi Fələstinə dəstək və ABŞ və İsrailin Qəzza sektoru ilə bağlı planlarına isə etiraz etmək olub.

Onlar paytaxt İslamabadda yerləşən ABŞ səfirliyinə doğru yürüş keçirməyi planlaşdırırdılar.

Avropa Məhkəməsi “Pegasus” işi üzrə Azərbaycan hökumətinə suallar göndərib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Pegasus” casus proqramından istifadə iddiaları ilə bağlı Azərbaycan hökuməti ilə rəsmi kommunikasiya mərhələsinə keçib.

Bu barədə vəkil Fariz Namazlı öz “Facebook” səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, məhkəmə Azərbaycandan olan ümumilikdə 59 şəxsin şikayətlərini iki iş üzrə birləşdirərək araşdıracaq.

DÇ-2026: Almaniya qələbə qazanıb, Fransa heç-heçə edib

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir.

Bu gün 4 qrupda 8 qarşılaşma baş tutub.

Millimizin yer aldığı qrupda Fransa səfərdə İslandiya ilə qarşılaşıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib: 2:2.

Almaniya Şimali İrlandiya səfərindən minimalhesablı qələbə ilə qayıdıb: 1:0.

DÇ-2026-nın seçmə mərhələsi

Şarm əl-Şeyxdə Qəzzada atəşkəs sazişi imzalandı

ABŞ, Misir, Türkiyə prezidentləri və Qətər əmiri İsrail ilə HƏMAS arasında vasitəçi kimi Qəzza zolağında müharibənin dayandırılması haqqında saziş imzalayıblar.

"Həmişə deyirdilər ki, Üçüncü Dünya müharibəsi Yaxın Şərqdə başlayacaq, amma bu, baş verməyəcək", - ABŞ prezidenti Donald Tramp Misirdə Yaxın Şərq Sülh Sammitində bildirib. O, imzalanmış sazişi "tarixi" adlandırıb. "Nəhayət, Yaxın Şərqə sülh gəldi", - Tramp əlavə edib.

Azərbaycan Avropa Məhkəməsində işlərin sayına görə 47 ölkə arasında 8-cidir

Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) baxılması gözlənilən işlərin sayına görə 47 ölkə arasında 8-ci yerdədir. 

Bu, AİHM-in dərc etdiyi son statistikada öz əksini tapıb. Statistikaya görə, ötən ilin bu dövrü ilə müqayisədə Azərbaycandan göndərilən şikayətlərin sayı 250 ədəd artaraq 2,200-ə çatıb. Azərbaycandan olan işlər ümumi sayın 3,5 %-ini təşkil edir.