12 October 2025

Qəzza razılaşması sionistlərin məğlubiyyətini göstərir

Ümumdünya İslami Oyanış Konqresinin baş katibi və İslam İnqilabı Rəhbərinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti “Fələstin müqavimətində inkişaflar və şəhid Məhəmməd Dürrə və Qəzzanın şəhid övladlarının xatirəsini anma mərasimi” adlı konfransa mesaj göndərib və bunları bildirib:

“Yetmiş ildən artıqdır ki, İslam düşmənləri tərəfindən hərbi işğal və zülmə, iqtisadi blokadaya və psixoloji müharibəyə məruz qalmasına baxmayaraq, Fələstin xalqı heç vaxt azadlıq və müqavimət yolundan dönməyib.

Millimiz yenə uduzdu

Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

Komandamız İsrailin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Fransada "Park de Sport" stadionunda keçirilən görüşdə yığmamız rəqibinə 1:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, millimiz ilk görüşündə Fransaya 0:8 hesabı ilə uduzub.

Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib

Pakistan silahlı qüvvələri Əfqanıstanla sərhəddə İslam Respublikasında hücumlar həyata keçirən terror qruplaşmalarına dəstək verən 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib.

Məlumata görə, bazar günü Əfqanıstan silahlı qüvvələrinin Əfqanıstanla həmsərhəd rayonlarda bir neçə nəzarət-buraxılış məntəqəsini atəşə tutmasından sonra Pakistan ordusu cavab zərbəsi endirib və nəticədə bir neçə keçid məntəqəsi məhv edilib, 19 keçid məntəqəsi isə ələ keçirilib