05 December 2024

Suriya çöküşün astanasına gəlsə, biz buna seyirçi qalmayacağıq

İraq müqavimət qruplarından olan Kətaibi Seyyidü Şühəda Hərəkatının sözçüsü, Suriyanın dağılma ərəfəsində olması halında hərəkətə keçəcəklərini bildirib.

Hərəkat sözçüsü Kazim əl-Furtusi deyib: “Suriyanın dağılmaq ərəfəsində olduğunu hiss etsək, sakit dayanmayacağıq. Üsyançılar Əsədi devirsə, İraqın da problemlərlə üzləşə biləcəyindən narahatıq”.

Hizbullah lideri: Müqavimət daimi və sabitdir

Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasim, "Müqavimətimiz daimi və sabitdir və əlbəttə ki, daha da parlaq olacaq" deyib.

Al Mayadeen televiziyasının məlumatına görə, Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasim bu gün etdiyi çıxışda Livanda baş verənləri dəyərləndirib. O: “Sionist düşmən Livana qarşı vəhşi hücumlarla müqaviməti məhv etmək və varlığına son qoymaq istəyirdi, lakin şücaətli əsgərlərimiz onlara qarşı cəsarətli duruş nümayiş etdirə bildi” deyə bildirib.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Maltada niyə görüşmədiyi məlum olub: Bakı Blinkenin təklifini rədd edib

ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməsi nəzərdə tutulmur.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Cənubi Koreyada siyasi xaos: Niyə hərbi vəziyyət elan edildi və bundan sonra nə baş verəcək?

Etirazçılar 4 dekabr 2024-cü il çərşənbə günü Seulda Milli Assambleyanın qarşısında mitinq keçirərək Cənubi Koreya prezidenti Yoon Suk Yeolun istefasını tələb edirlər. Pankartlarda “O, cəzalandırılmalıdır” yazılar etirazçıların əsas şüarı olub.

Çərşənbə axşamı axşam saatlarında Cənubi Koreya prezidenti Yoon Suk-yeol televiziya ilə çıxışında hərbi vəziyyət elan etdiyini açıqladı. O, bir neçə saat ərzində geri çəkilsə də, bu sürpriz bəyanat ölkənin siyasi isteblişmentini dərindən sarsıtdı.

Tbilisidə Fatimeyi Zəhranın (s.ə) şəhadəti münasibətilə tədbir keçirilib

Dekabrın 4-dəTbilisidəki “Alulbeyt”in  mərkəzində “Əyyami Fatimə” məclisləri silsiləsindən Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadəti münasibətilə  tədbir təşkil edilib. Bu mənəvi məclis, xanımın həyatına və şəhadətinə dair xatirələrə həsr olunub, onun məzlumiyyətindən və əxlaqının ali məqamlarından söz açılıb.