ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməsi nəzərdə tutulmur.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Diplomatik mənbələrdən bildirilib ki, ABŞ dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.
ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etməməsinə baxmayaraq diplomatik mənbə bunu Bayden Administrasiyasının Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürütməsi ilə əlaqələndirirlər.
“Buna görə Azərbaycan ABŞ-ın, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır”, - deyə diplomatik mənbə bildirib.
Azərbaycan məhz ABŞ-ın vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Maltada niyə görüşmədiyi məlum olub: Bakı Blinkenin təklifini rədd edib