Gürcüstanda növbəti mitinq keçiriləcək
24 noyabr saat 21:00-də müxalifət tərəfdarları ilə birlikdə "Respublika Meydanında" toplaşacaq və oradan Gürcüstan parlamentinə piyada yürüş keçirəcək.
Operativtv Aktual.ge-yə istinadən xəbər verir ki, bu barədə Tbilisidə Qəhramanlar Meydanında davam edən aksiyada çıxış edən "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri Giorgi Vaşadze elan edib.