03 October 2024
Rəfael Xələfov: “Mən ibtidai istintaq zamanı ilkin ifadəmi verəndə fikirli olmuşam”
Müdafiə Nazirliyindəki 143 milyon manatlıq yeyinti ilə bağlı həbs olunanlardan dörd nəfərin – Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin keçmiş rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəhbəri Vüsal Əlizadənin məhkəməsi davam edir.
Rusiya dost ölkələrə 1.5 trilyon kredit ayıracaq
Yaxın üç il ərzində Rusiya hakimiyyəti "dost" dediyi ölkələrə azı 1.5 trilyon rubl (15.68 milyard ABŞ dolları) həcmində kredit ayırmağı planlaşdırır. Bunu 2025-2027-ci illərin büdcə layihəsinə əsasən demək olar.
Bu xərclər hökumətlərarası razılaşmalar çərçivəsində öhdəliklərin icrasının vacibliyi, Rusiya məhsullarının rəqabətqabiliyyətli olduğu sahələrdə ixraca maliyyə dəstəyinin göstərilməsi ilə izah olunur.
Dövlət katibinin müavini: “Azərbaycan hökumətini ədalətsiz həbs edilənləri azad etməyə çağırırıq”
Beyruta fosfor bombaları ilə hücum olub
Livan mediası sionist rejimin tərkibində ağ fosfor olan bombalardan istifadə edərək Beyruta hücumu barədə məlumat yayıb.
Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, sionist rejim bu gün (cümə axşamı) səhər Beyrutun “Əl-Başurə” məhəlləsinə hücumunda tərkibində ağ fosfor olan bombalardan istifadə edib.
Yəmən İsraildəki mühüm hərbi obyektə zərbələr endirdi
Yəmən ordusu (“Ənsarullah” hərəkatı, husilər) İsrailin hərbi obyektinə qarşı əməliyyat keçirib.
Bu barədə Yəmən Silahlı Qüvvələrinin (SQ) rəsmisi Yəhya Sərii bəyan edib.
Qeyd edilib ki, uzaqmənzilli PUA-lardan istifadə edilərək Təl-Əvivin şəhərinin Yaffa bölgəsindəki həyati əhəmiyytəli hədəfə zərbələr endirilib.
Sabah cümə namazını Ayətullah Xamenei qıldıracaq
Tehrandakı sabahkı cümə namazını İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei qıldıracaq.
O, cümə namazının xütbələri zamanı Livanın “Hizbullah” hərəkatının lideri Seyid Həsən Nəsrullahın şəhadəti və bundan sonra bölgədə baş verən hadisələri qiymətləndirəcək.
"Rusiya ordusu Ukraynada görünməmiş sürətlə irəliləyir" - KİV
"Rusiya qoşunlarının hazırda Ukraynadakı əraziləri nəzarətə götürmə sürəti 2022-ci ildən bəri rekord səviyədədir".
Bu barədə Amerikanın "The Washington Post" qəzeti məlumat dərc edib.
"Rusiya qoşunları avqust və sentyabr aylarında əraziləri 2022-ci ildən bəri görünməmiş sürətlə işğal edib".
Messinin komandası çempion oldu
ABŞ-da MLS müntəzəm çempionatının qalibi bəlli olub.
Operativtv Unikal-a istinadən xəbər verir ki, "İnter Mayami" çempionluğunu rəsmiləşdirib.
Lionel Meesinin komandası 32-ci turda səfərdə ən yaxın izləyicisi "Kolumbus Kryu"ya qalib gələrək (3:2) buna nail olub. Oyunda Messi dubla (45, 45+5) imza atıb. "İnter Mayami"nin digər qolunu isə Luis Suares (48) vurub. "Kolumbus Kryu"dan Dieqo Rossi (46) və Kuço Ernandes (61) fərqlənib.
Landsbergis: “Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı dalana dirənib”
Təəssüf ki, Azərbaycan və Avropa Şurası arasında əməkdaşlıq dalana dirənib. Bu barədə çərşənbə günü Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.
İyulda Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsi bəyanat verərək Bakının əməkdaşlıqdan imtina etdiyini qeyd edib.
İsrailin Suriyaya hücumu nəticəsində Seyid Nəsrullahın kürəkəni də şəhid olub
Çərşənbə günü gecə İsrailin Dəməşqin Mezzeh rayonunda 3 mərtəbəli binaya həyata keçirdiyi hava hücumunda Hizbullah lideri Seyid Nəsrullahın kürəkəni Həsən Kəsirin şəhid olduğu bildirilir.
Kasirin həm də İsrail ordusunun Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda şəhid olan Hizbullahın yüksək səviyyəli komandiri Məhəmməd Cəfər Kasirin qardaşı olduğu qeyd edilir.
İsrail təcavüzünün arxasındakı gizli güc: SOCAR (Rasthaber-in təhlili)
Bu il yayın əvvəlində İsrail Qəzzada soyqırım həyata keçirərkən Türkiyədə nümayişçilər SOCAR-ın binalarının qapısına etiraz aksiyası keçirdilər. Polis nümayişçilərə qarşı çox sərt müdaxilə etdi, onların evlərinə basqın edib həbslər apardı. Azərbaycanın neft şirkəti SOCAR İsrailə neft satır və İsrailin hərbi aparatı həmin neftin köməyi ilə qəzzalıları öldürür. Türkiyənin BOTAŞ şirkəti SOCAR-ın neftini daşıyaraq İsrail limanlarına çatdırır.
İsrail Livandakı döyüşlər başlayandan ilk dəfə itkilər barədə məlumat verib
İsrail ordusu Livanın cənubunda “Hizbullah” hərəkatının silahlı birləşmələrinə qarşı döyüş əməliyyatları zamanı səkkiz əsgərinin həlak olduğunu açıqlayıb.
Operativtv APA-ya istinadən xəbər verir ki, “The Times of Israel” qəzetinin məlumatına görə İsrail ordusu ilk dəfə quru əməliyyatı zamanı itkilərini açıqlayıb.
Rusiyada "Quran"ı yandıran şəxsə qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb
Rusiyada ötən il "Quran"ı yandırmaqda təqsirli bilinərək 3 il yarım azadlıqdan məhrum edilən Nikita Juravelə qarşı dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb.
Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.