Tramp "razılaşmanın yaxınlaşdığını" deyir, Tehran isə öz tələbində israrlıdır

Tehranda və ətraf ərazilərdə elektrik enerjisi qurğularına edilən hücumlardan və nəticədə elektrik kəsintilərindən sonra İran Küveyt və Səudiyyə Ərəbistanına hücumlar edib. Tramp müharibənin rejim dəyişikliyinə səbəb olduğunu və Tehranla "tezliklə" razılaşma əldə edilə biləcəyini iddia edir.

Gecə boyu ABŞ və İsrail hava qüvvələri İran ərazisindəki hədəfləri şiddətli şəkildə bombalamağa davam edərkən, buna cavab olaraq İran bölgədəki ABŞ müttəfiqləri olan Küveyt və Səudiyyə Ərəbistanına cavab hücumları edib.

Bütün bu qarşılıqlı bombardmanlara baxmayaraq, ABŞ prezidenti Donald Tramp müharibəyə son qoymaq üçün razılaşmanın "tezliklə" əldə edilə biləcəyi iddialarını təkrarlayır.

ABŞ və İsrail arasında İrana qarşı bir ay davam edən müharibədə zərərsizləşdirilən İran liderlərinin sayını vurğulayan Tramp, ölkədə rejim dəyişikliyinin artıq başa çatdığını və yeni administrasiyanın "daha ağlabatan" olduğunu iddia edir.

Air Force One-da jurnalistlərə danışan Tramp: "Biz rejim dəyişikliyinə nail olduq. Əvvəllər heç kimin məşğul olmadığı fərqli insanlarla işləyirik. Tamamilə fərqli bir qrup insan var. Buna görə də mən bunu rejim dəyişikliyi hesab edirəm" deyib.

Lakin bəlli nəticədə Xamenei ailəsi və eyni rejim hakimiyyəti idarə etməkdə davam edərkdən İran xalqı küçələrdə Amerika və İsraili lənətləməyə davam edir.

Trampın dediklərini öz addımı da təkzib edir. Söylədiyi diplomatik səylərin fonunda, ABŞ bölgəyə daha çox qoşun göndərir. Son məlumatlara görə təxminən 3500 dəniz piyadası və dənizçi daşıyan USS Tripoli amfibiya hücum gəmisi cümə günü Yaxın Şərqə çatıb.