Müdafiə Nazirliyindəki 143 milyon manatlıq yeyinti ilə bağlı həbs olunanlardan dörd nəfərin – Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin keçmiş rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəhbəri Vüsal Əlizadənin məhkəməsi davam edir.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində 2006-2024-cü illərdə Zaqatala, Səbail və Nəsimi rayonlarının icra başçısı vəzifələrində işləmiş, bu ildən isə Milli Məclisin deputatı olan Asif Əsgərovun qudası Rəfael Xələfov dindirilib.
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində Təftiş şöbəsinin rəisi vəzifəsində çalışmış Rəfael Xəlilov 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatlar zamanı 143 milyonluq cinayət işi üzrə digərləri ilə birilikdə həbs olunsa da, 2023-cü ilin yayında həbsdən buraxılıb.
Lakin onun haqqında cinayət işi ayrıca icraatda davam etdirilir.
Rəfael Xələfov özü də mənimsəmədə ittiham olunduğuna görə ondan soruşublar ki, yeyinti nəticəsində vurulmuş ziyandan cinayət məsuliyyətinə cəlb olunandan sonra nə qədər pul ödəyib? Özü bu suala cavab vermək istəməsə də, onun vəkili Xəyal Bəşirov hakimlərin diqqətinə çatdırıb ki, Rəfael Xələfov 800 min manat ödəniş edib.
MeydanTV
Rəfael Xələfov: “Mən ibtidai istintaq zamanı ilkin ifadəmi verəndə fikirli olmuşam”