Tehrandakı sabahkı cümə namazını İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei qıldıracaq.
O, cümə namazının xütbələri zamanı Livanın “Hizbullah” hərəkatının lideri Seyid Həsən Nəsrullahın şəhadəti və bundan sonra bölgədə baş verən hadisələri qiymətləndirəcək.
Qeyd edək ki, paytaxt Tehranda “İmam Xomeyni məscidi”ndəki bu cümə namazı İranın İsrailin hərbi obyektlərinə qarşı keçirdiyi “Doğru vəd – 2” hərbi əməliyyatının fonunda baş tutacaq.
Xatırladaq ki, sonuncu dəfə Ayətullah Xameneinin imaməti ilə cümə namazı 2020-ci ildə – general Qasim Süleymaninin ABŞ tərəfindən İraqda şəhid edilməsindən sonra qılınmışdı.
Sabah cümə namazını Ayətullah Xamenei qıldıracaq