Yəmən İsraildəki mühüm hərbi obyektə zərbələr endirdi

Yəmən ordusu (“Ənsarullah” hərəkatı, husilər) İsrailin hərbi obyektinə qarşı əməliyyat keçirib.

Bu barədə Yəmən Silahlı Qüvvələrinin (SQ) rəsmisi Yəhya Sərii bəyan edib.

Qeyd edilib ki, uzaqmənzilli PUA-lardan istifadə edilərək Təl-Əvivin şəhərinin Yaffa bölgəsindəki həyati əhəmiyytəli hədəfə zərbələr endirilib.

Vurğulanıb ki, əməliyyat uğurlu olub – PUA-lar hədəfə çataraq zərbə endirə bilib.