İsrail Livandakı döyüşlər başlayandan ilk dəfə itkilər barədə məlumat verib

İsrail ordusu Livanın cənubunda “Hizbullah” hərəkatının silahlı birləşmələrinə qarşı döyüş əməliyyatları zamanı səkkiz əsgərinin həlak olduğunu açıqlayıb.

Operativtv APA-ya istinadən xəbər verir ki, “The Times of Israel” qəzetinin məlumatına görə İsrail ordusu ilk dəfə quru əməliyyatı zamanı itkilərini açıqlayıb.

Ordunun mətbuat xidmətinin məlumatına görə, ölənlərdən üçü kapitan, üçü çavuş, ikisi isə baş çavuşdur.

Bundan bqşa “Egoz” xüsusi təyinatlılarının bir zabiti və dörd əsgəri və “Qolani” briqadasının kəşfiyyat dəstəsinin sıravi əsgəri ağır yaralanıb.

Mətbuat xidmətinin məlumatına görə, Qəzza zolağında və Fələstin anklavının sərhədləri boyunca əməliyyat başlayandan bəri Müdafiə Ordusunun itkiləri 346 nəfərə çatıb.