Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində 33 nəfər ölüb
Rusiyanın Ukraynanın müxtəlif ərazilərinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.
Operativtv.com APA-ya istinadən xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko “Telegram” hesabında məlumat verib.
O bildirib ki, ölənlərin 17 nəfəri paytaxt Kiyevin, 11 nəfəri isə Dneprin sakinləridir.
Nazirin sözlərinə görə, aviasiya hücumları zamanı 112 nəfər yaralanıb.