“Putin Ukraynada atəşkəs təklifini rədd etdi, çünki bu, Ukrayna Silahlı Qüvvələri üçün faydalı olardı”.
Bunu Rusiya səfərindən sonra, Çinə səfərindən əvvəl Almaniyanın "Bild" nəşrinə geniş müsahibəsində Macarıstan Baş naziri Viktor Orban bildirib.
“ABŞ seçkilərinə yaxın 2-3 ayda cəbhədə nələr baş verəcək? Vəziyyət daha da pisləşəcək. Orada daha çox silah var və rusiyalılar qərarlıdırlar. Qarşıdurmanın enerjisi və itkilərin sayı son yeddi ayda olduğundan daha pis olacaq. Baxmayaraq ki, onlar əvvəllər də dəhşətli idilər. Qarşıda olacaqlar düşündüyümüzdən də pisdir. Hər iki tərəf bunun üçün çox səy göstərir. Hətta ukraynalılar da çoxlu yüksək keyfiyyətli silah aldıqları üçün daha optimist olublar. Ona görə də əsas arqument insan itkiləridir. Bu, ən vacib mənəvi motivasiyadır. Amma bununla yanaşı, Avropanın da maraqları var. Çünki baş verənlər bizim üçün çox pisdir”, - Orban vurğulayıb.
Macarıstan lideri qeyd edib ki, vəziyyət göz qabağındadır: “Putin və Rusiya Ukraynanı işğala başlayıb. Amma kimin nəyə görə məsuliyyət daşıdığını ölçmək istəmirəm. Mənim vəzifəm sülhə necə nail olacağına diqqəti yönəltməkdir.
Mən hər iki dövlətin və hökumətin başçılarına bir sual verdim: sülh danışıqlarını sürətləndirəcək müddətlə məhdudlaşan atəşkəs haqqında razılaşmaq olarmı? Atəşkəsdən sonra sülh danışıqlarına getmək... Çünki indi hamı bunun əksini düşünür. Əvvəlcə sülh müqaviləsi bağlanılsın, sonra silahları yerə qoyulsun. Hər iki tərəf buna əmin deyil. Həm ukraynalılar, həm də rusiyalılar eyni cavabı verdilər: atəşkəs düşmənin maraqlarına uyğundur, çünki bu müddət ərzində o, yenidən toparlana və müharibəni davam etdirməyə hazırlaşa biləcək".
Orban deyib ki, Putinin nə baş verəcəyi və Rusiyanın necə qalib gələcəyi barədə aydın təsəvvürü var: “Eyni şey Zelenskiyə də aiddir. Putin üçün hər şey sadədir: faktlara, enerji mənbələrinə, əhaliyə baxın. Putin məğlub ola bilməz, bu, çox məntiqlidir. Müharibədə istifadə olunan əsgərlərə, silahlara və texnologiyalara nəzər salsanız, o zaman Rusiyanı məğlub etməyi təsəvvür etmək belə çətindir. Ümumiyyətlə, Rusiyaya qalib gəlmək ehtimalını hesablamaq mümkün deyil”.
APA
Viktor Orban: Putin məğlub ola bilməz