01 July 2024

Azərbaycanlı zəvvarların Hacc ziyarəti başa çatıb

Azərbaycanlı zəvvarların Hacc ziyarəti başa çatıb, sonuncu qrup Vətənə qayıdır.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Hacc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, hazırda Səudiyyə Ərəbistanında 280 nəfərə yaxın azərbaycanlı zəvvar qalıb: “Onlar, o cümlədən ziyarətin təşkilatçılarından ibarət sonuncu qrup bu gün Bakıya yola düşəcək”.

Türkiyə 4 ildən sonra İrandan neft idxal edib

Eurostat Türkiyənin son 4 ildə ilk dəfə İrandan neft idxal etdiyini açıqlayıb.

Avropa Statistika İdarəsinin (Eurostat) açıqladığı statistika göstərir ki, Avropa İttifaqının iki rəsmi üzvü 2024-cü ildə İrandan neft idxal edib.

Avropa İttifaqının İran neftinə tətbiq etdiyi embarqoya baxmayaraq, bu birliyin iki rəsmi üzvü Bolqarıstan və Polşa 2024-cü ilin birinci rübündə İrandan neft idxal edib.

Prokuror Sümbülə Əliyevaya cəza istədi

Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sümbülə Əliyevanın Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

2024-cü ildə Azərbaycanda 19 hərbi qulluqçu dünyasını dəyişib

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun keçirdiyi monitorinqin nəticələrinə görə, 2024-cü ilin birinci yarısında Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru ən azı 19 hərbi qulluqçusunu itirib. Onlardan 17 nəfəri qeyri-döyüş itkiləri ilə bağlıdır, 2-si isə 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatından sonra yaralanmış və uzun müddətdə komada qalmış hərbçilərdir.

11 illik cəza müddəti 5 il 6 aya endirilən Dövlət Xidmətinin həbsdə olan sabiq rəisi Zakir Sultanov vaxtından əvvəl azadığa buraxılıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həbsdə olan sabiq rəisi Zakir Sultanov vaxtından əvvəl azadığa buraxılıb.

Bu barədə bu gün Bakı şəhəri Xəzər rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. O, cəzasının cəkilməmiş hissəsindən (1 il 5 ay) azad olunub.

BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib

Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 16-da və 17-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının debatlarına sədrlik edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 1-dən BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə effektiv cavab tapmaq üçün əsas məsuliyyət daşıyan BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib

Qəzzada törətdiyi cinayətlərə görə sionist rejimi mühakimə etmək üçün Ərəb Ümməti Məhkəməsi keçirilib

Ərəb Ümməti Məhkəməsi Misir, Əlcəzair, İraq, Livan və Suriyadan olan hakim və müşavirlərdən ibarət xalq məhkəməsi olaraq sionist rejimin Qəzzada Fələstin xalqına qarşı törətdiyi cinayətlərə görə mühakimə olunması üçün Suriyanın ev sahibliyi ilə keçirilib.

İranda seçkilər zamanı terrora hazırlaşanlar həbs edildi

İran hərbçiləri ölkədə keçirilən prezident seçkiləri zamanı terror aktları törətməyi planlaşdıran terrorçuları saxlayıb.

Bunu IRIB telekanalına açıqlamasında İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi deyib.

Mirəhmədinin sözlərinə görə, terrorçular ölkəyə seçkilərdən əvvəl daxil olub. Onlar hərbçilər tərəfindən saxlanılıb.

Makronun partiyası ilk turda məğlub oldu

Fransada keçirilən növbədənkənar parlament seçkilərində Mari Le Penin sağçı radikal “Milli Birlik” partiyası lider olub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Makronun rəhbərlik etdiyi “Birgə” partiyası isə üçüncü yerdə qərarlaşıb, solçuların “Yeni Xalq Cəbhəsi” alyansı səslərin sayına görə ikinci yerdədir.

Seçkilərin ikinci turu iyulun 7-nə təyin edilib.

Anar Orucov: Hökumətə qarşı beynəlxalq təzyiqlər artırılmalıdır

Kanal 13 internet televiziyasının baş redaktoru Anar Orucov qardaşı Əziz Orucovun həbsinin siyasi motivli, ona qarşı ittihamların qondarma və əsassız olduğunu bildirib.

Kanal 13-ün rəhbəri və təsisçisi Əziz Orucov ötən il noyabrın 27-də “torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma” ittihamı ilə saxlanılsa da, dekabr ayında ona qarşı “Abzas Media” işində olduğu kimi “xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb.

AŞPA həmməruzəçisi: Azərbaycanın bu təşkilatın dəyərlərinə qarşı provokativ addımlarını görmək olduqca qəribədir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersen Azərbaycan hökumətinin növbəti aylar ərzində beynəlxalq öhdəliklərinə sadiq qalacağına, bu istiqamətdə həqiqi niyyətinin olduğunu göstərəcəyinə ümid etdiyini bildirib.

Nəqliyyatın, Aİ-92 markalı benzinin və dizelin qiyməti qalxdı

Məişət tullantılarının da daşınması tarifi artdı

İyunun sonuncu bazar günü Azərbaycanda qiymət artımı ilə yadda qaldı. Nəqliyyatda gediş haqları, eləcə də yanacaqda, məişət tullantılarının daşınmasında qiymətlər artırıldı.

Məlum oldu ki, bazar günü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər artırılıb.

Nəsuh tövbəsi

Allah Quranın "Təhrim" surəsinin 8-ci ayəsində buyurur:

"Ey iman gətirənlər! Allaha tərəf qayıdın və nəsuh (xalis) tövbəsi edin" 

Tövbə qayıdış, qayıtmaq mənasındadır. Quranda tez-tez "tövbə edin!" sözünə rast gəlirik. Yəni Allaha tərəf qayıdın. Əlbəttə, burada söhbət maddi, fiziki qayıdışdan getmir. Söhbət fitrətən allahpərəst olan bəndənin günahları tərk edib Allahın əmrinə qayıtması nəzərdə tutulur. Çünki insanlar günah etdikcə Allahdan uzaq düşürlər.

AVRO-2024: İngiltərə Slovakiyanı çətinliklə məğlub edərək, 1/4 finala çıxıb

AVRO-2024-də 1/8 final mərhələsinin növbəti oyunları keçirilir.

Apasport.az xəbər verir ki, "pley-off"un ikinci günü Helzenkirhendə başlayıb.

İngiltərə millisi Slovakiya ilə üz-üzə gəlib.

Futbolun yaradıcıları geri düşdükləri oyunda slovakiyalıları esktra-taymda məğlub edib - 2:1.

AVRO-2024

Müstəqillik düşüncəsinin həqiqəti 2-ci hissə

Növbəti illərdə qazanılacaq təcrübə hələ müstəqilliyin ilk illərində təkcə siyasi böhran deyil, iqtisadi çatışmamazlıqlar məngənəsində sıxılan ölkənin dərd yükünə bir də müharibəni əlavə etdi. Az qala hər gün alınan acı müharibə xəbərləri ruhu yardımçı, dəstək axtarışında olan siyasiləri müxtəlif istiqamətli fəallara çevirdi.