Bəhreynin Hörmüz boğazı ilə bağlı hazırladığı qətnamə BMT Təhlükəsizlik Şurasında (TŞ) keçirilən səsvermədə qəbul edilməyib.
Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 11 üzvü səs verib, Rusiya və Çin əleyhinə çıxıb, Pakistan və Kolumbiya isə bitərəf qalıb.
TŞ-nin daimi üzvlərinin əleyhinə səs verməsi səbəbindən sənəd qəbul olunmayıb.
Qətnamədə bu strateji su yolunda kommersiya marşrutlarında marağı olan ölkələr naviqasiya təhlükəsizliyini və boğazın açıqlığını təmin etmək üçün müdafiə səylərini əlaqələndirməyə çağırılırdı.
Sənəddə həmçinin İrandan ticarət gəmilərinə hücumları və sərbəst keçidə hər hansı maneələri dərhal dayandırması tələb olunurdu. Mətnə əsasən, beynəlxalq dəniz hüququ normalarına riayət olunmasının vacibliyi vurğulanırdı.
BMT-də qalmaqal: Hörmüz boğazı ilə bağlı qətnamə bloklandı