12 saylı cəzaçəkmə müəssisəsində yaranan insidentə Penitensiar Xidmətdən reaksiya gəldi
Mayın 8-də 12 saylı cəzaçəkmə müəssisəsində su verilməsi ilə bağlı yaranan problem zamanı yaşanan insidentə Penitensiar Xidmətin Baş İdarəsi reaksiya verib. Mayın 11-də adı çəkilən müəssisəyə gələn baş idarənin işçiləri qaldırılan problemlə yaxından tanış olaraq,fiziki işgəncə yaşayan məhbuslarla görüş keçiriblər.