15 May 2023

İmran Xanın həyat yoldaşı da girov müqabilində azadlığa buraxıldı

Pakistanın Lahor şəhərinin məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibini də azadlığa buraxıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki,  bu  barəd “Reuters” agentliyi məlumat yayıb. 

Bildirilir ki, Büşra Bibi girov müqabilində mayın 23-nə qədər sərbəst buraxılıb.  Girovun məbləği açıqlanmayıb. 

Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunurlar.

Yəmən müftisi: Biz Fələstini və İslam müqəddəslərini heç vaxt tək qoymayacağıq

Yəmən müftisi Fələstin xalqı və onların müqaviməti ilə həmrəy olduğunu bəyan edib və deyib: İslam dünyasının, xüsusilə Fələstinin başına gələn hadisələrə susmaq və göz yummaq olmaz.

  Ənsarullah hərəkatının dəvəti ilə bazar günü səhər saatlarında on minlərlə yəmənli küçələrə çıxaraq Qəzzə xalqına dəstək olub və sionist rejim əleyhinə şüarlar səsləndiriblər. Bu gün Fələstinə dəstək aksiyaları "Məsiri Sarul Əhrar" (Azadların İntiqamı Yürüşləri) adı altında təşkil edilib.

İranın cənub-şərqində qarşıdurmada bir kəşfiyyat əməkdaşı həlak olub

İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı dəstələr arasında baş verən qarşıdurmada bir kəşfiyyat əməkdaşı həlak olub.

Az.rasthaber.com xəbər verir ki, İran mediasının məlumatına görə, Sistanın Haş rayonunda və Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı dəstələr arasında toqquşma baş verib.

Həbsdə olan redaktorun ailəsi onun əsassız təqib edildiyini bildirir

Operativtv.com Turan-a istinadən xəbər verir ki, "Demokratik.az" saytının redaktoru Osman Nərimanoğlunun (Rzayev) işi üzrə məhkəmə istintaqı əsassız olaraq yubadılır”, - onun xanımı Arzu Rzayeva Turan-a bildirib.

2022-ci il iyulun 5-də  Osman Nərimanoğlu Goranboy və Göygöl rayonları Meliorasiya İdarəsinin məmurlarından və həkimlərdən pul tələb etmək ittihamı ilə həbs edilib. Həbsdən sonra  bildirib ki, ittihamlar yalandır,  korrupsiya ilə əlaqədar barəsində materiallar dərc etdiyi məmurlar ona böhtan atıblar.

Xanım Zeynəbi Kubra (ə) ziyarətgahına gələn zəvvarların sayı artır

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Dəməşqdə Xanım Zeynəbi Kubra (ə) ziyarətgahına gələn zəvvarların sayı artır.

Hazırda təhlükəsiz şəraitdə zəvvarlar bura gedir və əvvəlki illərdə olduğu kimi ziyarətlərini edirlər.

Qeyd edək ki, Azərbaycan Zəvvar turları da artıq Xanım Zeynəbi Kubra (ə) ziyarətgahına turlar təşkil edirlər.

Rasim Məmmədovun işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun şikayəti üzrə məhkəmə prosesi yenidən təxirə salınıb. Məlumatı Operativtv.com APA-ya istinadən verir.

Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılan iş üzrə keçirilən ilkin baxış iclasında zərərçəkmiş tərəfdən yeni apellyasiya şikayəti daxil olduğu elan olunub. Şikayətin verilməsinin mümkünlüyünə baxılması üçün iş Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.

Son bir ildə Azərbaycan iqtisadiyyatı yerində sayıb

Dövlət Statistika Komitəsi (DSK) 2023-cü ilin ilk dörd ayı ilə bağlı makroiqtisadi göstəriciləri açıqlayıb. Açıqlanan rəqəmlərə görə, bu ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 987 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.1 faiz artım deməkdir. Başqa deyimlə, demək olar, ötən illə müqayisədə ÜDM-də heç bir artım baş verməyib. Ötən ilin eyni zaman dilimində ÜDM bir öncəki illə müqayisədə 7.2 faiz artmışdı.

Məhkəmə MBH üzvü Rövşən Əliyev barəsində həbs qərarı verdi

Mayın 12-də 14-cü polis bölməsi tərəfindən saxlanılan ictimai fəal, inanclı Bilgəh kənd sakini Rövşən Əliyev dünən (14 may) məhkəmə önünə çıxarılıb. Həyatının son illərini yaşadığı məntəqədə açıq karkoticarətə qarşı mübarizəyə sərf edən Rövşən, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə narkotik ittihamında şübhəli bilinərək barəsində həbsqəti imkan tədbiri seçilib.