Mayın 12-də 14-cü polis bölməsi tərəfindən saxlanılan ictimai fəal, inanclı Bilgəh kənd sakini Rövşən Əliyev dünən (14 may) məhkəmə önünə çıxarılıb. Həyatının son illərini yaşadığı məntəqədə açıq karkoticarətə qarşı mübarizəyə sərf edən Rövşən, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə narkotik ittihamında şübhəli bilinərək barəsində həbsqəti imkan tədbiri seçilib. Məhkəmə Rövşən Əliyevi Cinayət Məcəlləsinin 234.1-1 maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə) ilə ittiham edib.
Rövşən Əliyev “20 yanvar yürüşü” zamanı saxlanılan 6 hərəkat üzvündən biridir. Onlar 30 sutka inzibatı cəza almışdılar. Son həbslər dönəmində bu 6 şəxsdən 2-si, Qarabağ Qazisi Alik Aslanov və Mayıl Kərimov məlum 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama) maddə ilə saxlanılmışdılar. Mayın 12-si isə bu sırada yer alan 3-cü şəxs, Rövşən Əliyev də saxlanılıb.
Xatırladaq ki, ötən ilin oktyabrından günümüzə qədər 34 MBH üzvü saxlanılıb. Onların hər biri barəsində narkotik ittihamı ilə cinayət işi açılıb. Ümumilikdə son aylar ərzində saxlanılan inanclıların sayı bir neçə yüzü ötdüyü bildirilir.
Məhkəmə MBH üzvü Rövşən Əliyev barəsində həbs qərarı verdi