Yəmən müftisi Fələstin xalqı və onların müqaviməti ilə həmrəy olduğunu bəyan edib və deyib: İslam dünyasının, xüsusilə Fələstinin başına gələn hadisələrə susmaq və göz yummaq olmaz.
Ənsarullah hərəkatının dəvəti ilə bazar günü səhər saatlarında on minlərlə yəmənli küçələrə çıxaraq Qəzzə xalqına dəstək olub və sionist rejim əleyhinə şüarlar səsləndiriblər. Bu gün Fələstinə dəstək aksiyaları "Məsiri Sarul Əhrar" (Azadların İntiqamı Yürüşləri) adı altında təşkil edilib.
Bazar günü səhər saatlarında Saada, Mahvit, Taiz, Dhamar, Ed-Dali, Imran şəhərlərinin əsas meydanları böyük izdihamın şahidi olub. Səna və Hudeydə şəhərlərində də böyük mitinq keçirilib və Yəmənin paytaxtının ətraf bölgələrindən çoxlu insan bu mitinqdə iştirak etmək üçün Sənaya gəlib.
Bu mərasimdə çıxış edən Yəmən müftisi Şəmsəddin Şərafəddin “Bu nümayişlə Fələstindəki mücahid qardaşlarımızla həmrəy olduğumuzu bildirir və onlara dəstək olduğumuzu vurğulayırıq. Biz müsəlmanların müqəddəslərini və Fələstinli qardaşlarımızı heç vaxt tək qoymayacağıq. Biz Yəmən xalqı olaraq azadıq və hər zamankı mövqeyimiz müsəlmanların, xüsusilə Fələstin və müqəddəs yerlərin problemlərini dəstəkləməkdir. İslam ümmətindən döyüş meydanlarını birləşdirməyi xahiş edirik.
İslam ümməti fələstinli qardaş və bacılarımızı dəstəkləməlidir. Bu, bizdən ümmət daxilində cihad ruhunu dirçəltməyə çalışmağı tələb edir. İslam dünyasının, xüsusilə də Fələstinin başına gələn hadisələrə səssiz qalmamaq və görməzlikdən gəlmək olmaz” söyləyib.
Sionist rejim ordusu çərşənbə axşamı, mayın 9-u səhər saatlarında Qəzza zolağına qarşı “Qalxan və ox” adlı yeni hərbi əməliyyata başladığını və İslami Cihad müqavimət hərəkatının mövqelərinə bu hücumların üç gün davam edəcəyini açıqlayıb. Sionist rejimin Qəzzə zolağının işğalının ikinci günündə işğalçı rejimin hücumlarından sonra Fələstin müqavimət qrupları “Azadların qisası” əməliyyatının başladığını elan etdilər. Bu müharibə beş gün sonra cümə axşamı atəşkəs razılaşması ilə başa çatdı.
Yəmən müftisi: Biz Fələstini və İslam müqəddəslərini heç vaxt tək qoymayacağıq