03 May 2023

Jurnalist media qanunu ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib

“Arqument.az” saytının təsisçisi və baş redaktoru Şəmşad Ağa “Media haqqında” Qanunun Konstitusiyaya uyğun olub-olmadığının müəyyənləşdirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə Şəmşad Ağa sosial media hesabında məlumat verib. 

Jurnalist yazıb: 

"Bu gün Beynəlxalq Mətbuat Azadlığı Günüdür.

İsrail rejiminin 32 deputatından İranın bölünməsi üçün imza

Rza Pəhləvinin İran İslam Respublikasını devirmək üçün Təl-Əvivi xarici müxalifətlə birləşdirmək üçün işğal olunmuş Fələstinə səfərindən bir həftə sonra sionist parlamentin 32 üzvü İsrailin xarici işlər nazirinə məktub yazaraq İranın parçalanmasını istəyib.

Sionist parlamentinin 32 nümayəndəsi bu rejimin xarici işlər naziri Eli Kohənə məktub yazaraq, Güney Azərbaycanda bir ölkənin qurulmasına və azəri türklərinin yaşadığı bölgələrin İran torpaqlarından ayrılmasına dəstək istəyiblər.

İranda Sepahın təlim mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı açıqlanıb

İranın Semnan əyalətinin Damqan şəhəri ətrafında İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) təlim mərkəzində baş vermiş partlayış nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, məlumatı “alarabiya”nın farsca redaksiyası yayıb.

Bildirilib ki, hadisə zamanı azı 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Quterreşlə görüşüb

İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazimi Qumi Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə görüşüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazimi Qumi Qətərin paytaxtı Dohada keçirilən Əfqanıstan görüşündə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə görüşüb.

Ayətullah Sistaninin “birja əməliyyatları” ilə bağlı suallara cavabı

 

Ayətullah Sistani birjada aparılan əməliyyatlarla bağlı sualları cavablandırıb. Real qeyri-virtual birja əməliyyatlarında iştirak etməyin ümumi hökmü nədir?

Sual: Real, qeyri-virtual birja əməliyyatlarında iştirak etməyin ümumi hökmü nədir?

Cavab: Səhmlərin alqı-satqısı səhihdir. Təbii ki, səhmdar cəmiyyətin şərab alveri və ya sələmçilik kimi alqı-satqıları haramdırsa, onun səhmlərini almaq və bu sövdələşmələrdə iştirak etmək caiz deyil.

Çin və Ermənistan Rusiyanı pisləyən qətnaməyə səs verib, Azərbaycansa...

Adətən Rusiya barədə BMT qətnamələrinə səsvermədə ehtiyatlı mövqe tutan Çin və Hindistan Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsini “təcavüz” adlandıran qətnaməsinin leyinə səs veriblər.

Əslində BMT və Avropa Şurası arasında əməkdaşlığa həsr olunmuş bu qətnamədə Rusiyanın Ukraynaya qarşı təcavüzü cəmi bir paraqrafda yer almışdı.

Avropa ölkələri, Kanada və ABŞ tərəfindən dəstəklənən bu qətnamə 122 leyhinə, 18 bitərəf nisbəti ilə qəbul olunub.

Azərbaycan mətbuat azadlığına görə 180 ölkə içində 151-ci oldu

Operativtv.com Azadlıq Radiosuna istinadən xəbər verir ki, “Sərhədsiz Reportyorlar Təşkilatı” (ingiliscə qısa adı - RSF) 21-ci Dünya Mətbuat Azadlığı İndeksini yayıb. Mayın 3-də Dünya Mətbuat Azadlığı Günündə açıqlanmış indeks mətbuat azadlığı sahəsində siyasi, sosial və texnoloji çalxalanmalardan doğan radikal dəyişikliklərə işıq salır.

Azərbaycan və Avropa İttifaqı enerji səmərəliliyinin prioritetlərini müzakirə edib

Mayın 2-də Brüsseldə Energetika üzrə Avropa Komissarı Kadri Simson ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun iştirakı ilə Avropa İttifaqı-Azərbaycan enerji dialoqu baş tutub.

"Strateji tərəfdaşlığımız məqsədilə nazir Pərviz Şahbazovla Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqu apardıq"- deyə, Simson öz Tvitter səhifəsində yazıb.

O qeyd edib ki, Azərbaycan "Ümumavropa qaz tədarükçüsüdür".

AXCP-nin Salyan rayon təşkilatının sədri Zamin Salayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib

Operativtv.com Amerianın Səsinə istinadən xəbər verir ki, mayın 2-də Bakının Qaradağ rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə vəkil Nemət Kərimli sədrlik edən hakimə etiraz edib. Bundan başqa, vəkillər cinayət işinə xitam verilməsi, Zamin Salayev barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətlər qaldırıb.