İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Quterreşlə görüşüb

İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazimi Qumi Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə görüşüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazimi Qumi Qətərin paytaxtı Dohada keçirilən Əfqanıstan görüşündə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə görüşüb.

Görüşdə Kazimi Qumi İranın Əfqanıstanla bağlı fikirlərini BMT baş katibinə çatdırıb.

Qeyd edək ki, Dohada Əfqanıstanla bağlı “ortaq nöqtələri” axtarmaq üçün iki günlük toplantı keçirilib.

İran, Türkiyə, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Norveç, Pakistan, Qətər, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, ABŞ, Özbəkistan, Avropa İttifaqının nümayəndə heyətləri və İslam Əməkdaşlıq Təşkilatı iştirak etmişdir.