Əfv Komissiyasının iclaslarında 2 minə yaxın müraciətə baxılıb

 

"Bu il Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bir neçə iclası keçirilib, iki minə yaxın müraciətə baxılıb".

Bunu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid deyib. O bildirib ki, 9 ildir Əfv Komissiyasının üzvüdür: "Amma bu dərəcədə çox və bu qədər məhsuldar iclas keçirilməyib. Əfv sərəncamı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olacaq. Həmin sənədlər Prezidentə təqdim olunacaq".

O bildirib ki, 9 ildir Əfv Komissiyasının üzvüdür: "Amma bu dərəcədə çox və bu qədər məhsuldar iclas keçirilməyib. Əfv sərəncamı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olacaq. Həmin sənədlər Prezidentə təqdim olunacaq".