12 March 2023

Premyer Liqa: “Neftçi” “Şamaxı” önündə qələbə seriyasını davam etdirib

Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Operativtv.com Report-a istinadən məlumatına görə, son gündə bir oyun keçirilib.

Autsayderlər zonasında qərarlaşan “Şamaxı” liderlər qrupunda yer alan “Neftçi”ni qəbul edib. Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Bölgə təmsilçisi güclü rəqibinə 80 dəqiqə müqavimət göstərə bilib. 81-ci dəqiqədə qapıçı Rəşad Əzizlinin kobud səhvini bağışlamayan Mateus Saldanya hesabı açıb.

ABŞ İŞİD döyüşçülərinə təlim keçir

ABŞ ordusu İslam Dövləti terror təşkilatının yaraqlılarını Suriya Demokratik Qüvvələri milislərinin (SDS) həbsxanalarından Suriyanın şimal-şərqində yerləşən öz bazalarına döyüş hazırlığı üçün aparır .

“Amerika işğalçı qüvvələrinin hərbi helikopterləri bir qrup İŞİD terrorçusunu SDQ ilə birlikdə həbsxanaya çevirdikləri orta məktəb binasından çıxararaq, onların Şəddadi şəhəri və bölgəsindəki qeyri-qanuni bazalarına yönəlib”, - məlumatda deyilir.

"Freedom House"un 2022-ci il Azərbaycanla bağlı hesabatında MBH repressiyalar, kütləvi həbslər, işgəncələrə məruz qaldığı qeyd olunub

"Freedom House" 2022-ci il Azərbaycanla bağlı geniş hesabat hazırlayıb. Müxtəlif sahələri əhatə edən hesabatda hakimiyyət üçün “ürəkaçan” heç bir şey qed olunmayıb. Seçkilərdən korrupsiya oyunlarına qədər geniş yazılan hesabatda insan haqları mövzusu xüsusi yer tutub. Burada Müsəlman Birliyi Hərəkatı, Hacı Tale Bağırzadə başda olmaqla qeyri-zorakı təşkilat olaraq tanılıb və kütləvi həbs,  reperessiyalara məruz qaldığı əksini tapıb.

Beynəlxalq Dini Azadlıq Ofisinin nümayəndə heyyəti bu həftə Bakıya etdikləri səfəri yüksək qiymətləndiriblər

Beynəlxalq Dini Azadlıq Ofisinin nümayəndə heyyəti bu həftə Bakıya etdiyi səfər zamanı onlara göstərilən qonaqpərvərliyi həmçinin dini liderlər, dini təşkilatlar və hökumət rəsmiləri ilə keçirdikləri konstruktiv müzakirələri yüksək qiymətləndiriblər. Məlumatı Operativtv.com APA-ya istinadən verir.

İranda tələbə qızların kütləvi zəhərlənməsi ilə bağlı 100-dən çox adam saxlanılıb

İranda daha çox qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə hadisələri ilə bağlı 100-dən çox adamın müəyyən edilərək saxlanıldığı bildirilir.

İran Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Tehran, Qum, Zincan, Xuzistan, Həmədan, Fars, Gilan, Qərbi məktəbləri Azərbaycan, Şərqi Azərbaycan, Kürdüstan və Rezevi Xorasanda baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbkarı olmaqda şübhəli bilinən 100-dən çox adamın saxlanıldığı bildirilib.

Yəmən hökuməti və husilər BMT-nin vasitəçiliyi ilə danışıqlara başlayıb

Yəmən hökuməti və husi üsyançıları İsveçrədə əsirlərin mübadiləsinə dair danışıqlara başlayıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq və Beynəlxalq Qırmızı Xaç Komitəsi münaqişə tərəfləri arasında vasitəçi kimi çıxış edirlər. Qrundberq mümkün qədər çox məhbusu azad etməyə çağırıb.

Britaniya Fransaya 576 milyon dollar verəcək

Böyük Britaniya, müqavilənin bir hissəsi olaraq La-Manş boğazı boyunca qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün qarşıdakı üç il ərzində Fransaya 576 milyon ABŞ dolları verəcək.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Qeyd olunub ki, razılaşma Böyük Britaniyanın Baş naziri Rişi Sunakla Fransa Prezidenti Emmanuel Makron arasında Parisdə keçirilən birgə sammit zamanı əldə ediib.

Amerikanın nüvə bombardmançısı Rusiya sərhəddi boyunca uçub

Amerikanın nüvə bombardmançısı Polşa qırıcıları ilə birlikdə Rusiya sərhədi boyunca uçub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Polşa baş nazirinin müavini Mariuş Blaşçak açıqlayıb. 

Onun sözlərinə görə, bu gün Polşa qırıcıları yenidən Amerikanın B-52 bombardmançı təyyarəsini müşayiət edib.

Qeyd edək ki, "FlightRadar" məlumatlarına görə, Amerika bombardmançı təyyarəsi Rusiya sərhədi yaxınlığında uçub.

Gürcüstan müxalifəti məcburi hərbi çağırışın ləğvi tələbi ilə aksiya keçirib

Müxalif “Yeni Siyasi Mərkəz - Qirçi” partiyası Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası yaxınlığında məcburi hərbi xidmətə çağırışa qarşı mitinq keçirib.

Operativtv.com APA-ya istinadən xəbərinə görə, bu barədə “Sputnik Gürcüstan” məlumat verib.

Azərbaycan taekvondoçuları Niderlandda 2 qızıl və 1 gümüş medal qazanıb

Eyndhovendə taekvondo üzrə açıq Niderland çempionatına start verilib.

Operativtv.com APA-ya istinadən verilən məlumata görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Komandamızın heyətində Rahid Vəliyev (54 kq) və Qaşım Maqomedov (58 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Yığmamızın digər taekvondoçusu Yaşar Məmmədli (68 kq) isə çempionatın gümüş medalına yiyələnib.

Növbəti ilahiyyatçı saxlanıldı

Həbs dalğasının genişlənməsi ruhaniləri də reperesiyadan kənar tutmur. Artıq neçə-neçə ruhaninin həbs olduğu 2023-cü ilin gəlişinə bir ruhani də əlavə olundu. Martın 11-də İmişli rayon sakini ilahiyyatçı Mansur Vəlişov günorta saatlarında saxlanılıb. İmişli rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan ilahiyyatçının da sislsilə narkotik ittihamı ilə şərləyiblənəcəyi ehtimal olunur. Artıq həbsi normativ aşan inanclıların böyük əksəriyyətinə narkotik maddələrlə bağlı cinayət işi açılır. Bu isə mütləq onların şərləndiyini göstərən dəlildir.