Azərbaycan taekvondoçuları Niderlandda 2 qızıl və 1 gümüş medal qazanıb

Eyndhovendə taekvondo üzrə açıq Niderland çempionatına start verilib.

Operativtv.com APA-ya istinadən verilən məlumata görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Komandamızın heyətində Rahid Vəliyev (54 kq) və Qaşım Maqomedov (58 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Yığmamızın digər taekvondoçusu Yaşar Məmmədli (68 kq) isə çempionatın gümüş medalına yiyələnib.

Yarışa bu gün yekun vurulacaq.