Növbəti ilahiyyatçı saxlanıldı

Həbs dalğasının genişlənməsi ruhaniləri də reperesiyadan kənar tutmur. Artıq neçə-neçə ruhaninin həbs olduğu 2023-cü ilin gəlişinə bir ruhani də əlavə olundu. Martın 11-də İmişli rayon sakini ilahiyyatçı Mansur Vəlişov günorta saatlarında saxlanılıb. İmişli rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan ilahiyyatçının da sislsilə narkotik ittihamı ilə şərləyiblənəcəyi ehtimal olunur. Artıq həbsi normativ aşan inanclıların böyük əksəriyyətinə narkotik maddələrlə bağlı cinayət işi açılır. Bu isə mütləq onların şərləndiyini göstərən dəlildir. Mansur Vəlişovun hazırda harda saxlanıldığı bilinmir. Ailəsi onunla bağlı hər hansı məlumat almağa çalışır.

Xatırladaq ki, cəmiyyətdə böyük sevgi və ehtiram qazanmış ilahiyyatçı, ölkədə neqativ hadisələrə tənqidi fikirləri ilə də diqqət çəkib. Onun hakimiyyəti tənqid edən çıxışları yetərincə sosial mediada yer alıb. Yaxınlarının ilahiyyatçının həbsini də məhz hakimiyyəti tənqid edən fikirləri ilə bağlı olduğunu ehtimal edir. Lakin birmənalıdır ki, həbslər kütləvi inanclılara ünvanlanan geniş miqyaslı əməliyyatlardır. Bunun səbəbi də ölkədə dini camiə başda olmaqla xalqı qorxu altında saxlamaqdır.